beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Zahidlik (Tərki-dünyalyalıq) və (qəlbi) incəliklər)-Sizdən daha aşağıda olanlara baxın

On üşüncü fəsil: Sizdən daha aşağıda olanlara baxın!

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Sizdən daha aşağıda olanlara baxın! Sizdən yuxarıda olanlara baxmayın! Bu, Allahın nemətini kiçik hesab etməmənizə daha uyğun olar.”

On dördüncü fəsil: Şübhəsiz ki, Allah ondan qorxan, zəngin və özünü gözə soxmayan qulu sevər.

Amir ibn Səad belə rəvayət edir: “Səad ibn Əbu Vaqqas dəvələrinin yanında (r.a) idi. (Bu zaman) oğlu Ömər gəldi. Səad onu görüncə, “Bu süvarinin şərindən Allaha sığınaram!” dedi. Oğlu dəvədən endi və dedi: “Sən dəvələrinin və qoyunlarının
içinə gəlib insanları öz aralarında mülk mübarizəsi edər halda tərkmi etdin?” dedi. Səad, oğlunun sinəsinə vurub belə dedi: “Sus! Mən Peyğəmbərin (s.a.v) belə dediyini eşitdim: “Şübhəsiz ki, Allah ondan qorxan, zəngin və özünü gözə soxmayan qulu sevər!”


Tarix: 24.04.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar