Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onlar bizə təsəllidir!

Niyə kədərlisən?
Yoxsa Adəm peyğəmbər (a.s) kimi 200 il tövbə etdin?
Niyə kədərlisən?
Yoxsa İbrahim peyğəmbər (a.s) kimi atəşə atıldın?
Niyə kədərlisən?
Yoxsa Zəkəriyyə peyğəmbər (a.s.) kimi mişarla doğrandın?
Niyə kədərlisən?
Yoxsa Yusif peyğəmbər (a.s) kimi quyuya atıldın?

Niyə kədərlisən?

Yoxsa Muhəmməd peyğəmbər (sas) kimi Taifdə daşlandın? Namazda ikən başına heyvan bağırsağı qoyuldu? Yoxsa Rasulullah (sas) kimi dişin qırıldı,hicrət etmək məcburiyyətində qaldın. Sevdiklərindən ayrıldın?

Niyə kədərlisən?

Yoxsa Həmzə (ra) kimi qulağın kəsildi?

Niyə kədərlisən?

Yoxsa Musab bin Umeyr (ra) kimi qolların kəsildi?

Niyə kədərlisən?

Yoxsa Cəfər ibn Əbu Talib (ra) kimi ox,mizraq və qılınc zərbələriylə yaralandın?

Niyə kədərlisən?

Yoxsa Əmmar, Sumeyyə,Yasir (ra) kimi işgəncə gördün?

Niyə kədərlisən?

Yoxsa Bilal (ra) kimi qızğın torpağa uzadılıb, üstünə daşlar qoyuldu?

Niyə kədərlisən?

Yoxsa Yunus peyğəmbər (a.s) kimi dənizə atıldın?

Niyə kədərlisən?

Yoxsa Eyyub peyğəmbər (a.s) kimi bədənini yaralar örtdü?

Niyə kədərlisən?

Yoxsa Hüseyn (ra) kimi başın kəsildi?

Niyə kədərlisən?

Yoxsa Ömər (ra) kimi namazda vuruldun?

Niyə kədərlisən?

Yoxsa Osman (ra) kimi Quran oxuyan zaman öldürüldün?

Niyə kədərlisən?

Yoxsa İbn Teymiyyə (r.) kimi “lə iləhə illəllah” dediyinə görə ömrün zindanda keçdi?

Niyə kədərlisən?

Yoxsa İmam Nəsai (r.) kimi haqqı dediyinə görə döyülərək öldürüldün?


Əgər kədərlənəcəksənsə

Namazını qəzaya buraxdığın üçün, gecə namazına qalxa bilmədiyin üçün, bir müsəlmanın qəlbini qırdığın üçün kədərlən!

Kədərlənsən

Bazar ertəsi, cümə axşamı oruc tuta bilmədiyin üçün kədərlən!

Kədərlənsən

Bu gün Allah üçün bir şey edə bilmədiyin üçün, Allahı (subhənə təalə) məmnun edə bilmədiyin üçün kədərlən!

Kədərlənəcəksənsə

Müsəlman ölkələrində zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən!

Kədərlənsən

Bir kasıba kömək edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən!

Kədərlənsən

Yeməyə bir loxma çörək tapa bilməyən, xəstəliklərlə mübarizə edən insanlar üçün kədərlən!

Kədərlənsən

Quranı kifayət qədər oxuyub, həyatına tətbiq edə bilmədiyin üçün kədərlən!

Kədərlənsən

Allahı canından, malından, qohumlarından, hər şeydən çox sevə bilmədiyin üçün kədərlən!

Kədərlənsən

Sözün həqiqi mənasında qul ola bilmədiyin üçüb kədərlən!

Kədərlənsən

Hesab günü Cəhənnəmə atılma qorxusundan kədərlən!


Tarix: 11.04.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Maraqlı melumatlar
loading...