Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəqərə surəsini audio vasitəsilə oxutmaq şeytanı evdən qovurmu?

Sual: Hörmətli şeyx, peyğəmbər sallallahu aleyhi və səlləmdən bir hədis var. Hədisdə deyilir ki, kim Bəqərə surəsini oxuyarsa şeytan o evə daxil olmaz. Lakin Bəqərə surəsi (kassetə, diskə və s.) yaddaşa yazılıbsa bunun təsiri yenə eynidirmi?
Cavab: Xeyr, xeyr…kassetə yazmaq heç bir şeydir. Fayda verməyəcəkdir. Çünki bu Quran oxumaq hesab edilmir, bu əvvəlcədən səsi yazılmış qarinin (Quran oxuyanın) səsinə qulaq asmaq adlanır.
Və eynilə də, biz müəzzinin azanını yaddaşa yazmışıqsa və sonra azan vaxtı gələndə həmin lent yazısını mikrofonun qarşısına yerləşdirərək azan oxumaq üçün qoysaq bu kifayət edəcəkmi? Eləcə də, xütbə verənin təsir edici xütbəsini yaddaşa yazsaq və sonra cümə günü gələndə maqnitofona kasseti yerləşdirərək mikrofonun qarşısına qoysaq və lent yazısında: “Salam aleykum və rəhmətullah” söylənsə, müəzzin azan versə və sonra xütbə başlasa bu kifayətdirmi? Əlbəttə ki, kifayət etməz…nə üçün? Çünki bu əvvəlcədən yazılmışdır, necə ki, siz tutaq ki bunu kağızda yazmış olsaydınız. Bunu siz kağızda yazsanız və yaxud müshəfi (Quranı) evə qoysanız bu oxumağı əvəz edirmi? Xeyr, bu onu əvəz etmir.


Tarix: 02.04.2013 / 20:45 Müəllif: *Beyaz_Gul* Baxılıb: 118 Bölmə: Maraqlı melumatlar
loading...