beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HANSI SƏBƏBDƏN QURBANLIQ KƏSİLİR

Yemək Və Ticarət Üçün
“Sizin üçün minməyə heyvanlar yaradan Allahdir. onlardan yedikləriniz də var”. (əl-Mumin 79). “Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?”. (Yasin 71-73).

Qurban Bayramında Kəsilən Qurbanlıq
“Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”. (əl-Kövsər 2).

Həcc Ibadəti Zamanı Kəsilən Qurbanlıq

“Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz!”. (əl-Həcc 36).



Övlad Dünyaya Gəlməsi Səbəbilə Kəsilən Qurbanlıq – Əqiq

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim öz övladlarına görə qurbanlıq kəsmək istəyirsə onda oğlan uşağına görə iki, qız uşağına görə isə bir qoyun kəssin”. Əbu Davud 2842, Nəsəi 4156. Aişə – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – oğlan uşağının dünyaya gəlməsi səbəbilə iki eyni cür qoyunun, qız uşağının doğulması səbəbilə isə bir qoyunun kəsilməsini əmr etmişdir”. Tirmizi, Əbu davud, Əhməd, “Buluq əl-Məram” 1385. İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Həsən və Hüseyn – radıyallahu anhum - doğulması münasibətilə hər biri üçün bir (iki) qoç kəsdi”. “Səhih Əbu Davud” 2841. Səmura – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər bir oğlan üşağı qurbanlıq kəsilənə qədər girov hesab olunur. Dünyaya gəldiyinin yeddinci günü onun qurbanlığı kəsilməli, saçı qırxılmalı və adı qoyulmalıdır”. Əhməd, Əbu davud, Tirmizi, Nəsəi, “Buluq əl-Məram” 1360, əl-Albani “İrvalul Ğəlil” 1165 deyir ki: “Sünnəyə uyğun olaraq doğulan körpəyə görə yeddinci, on dördüncü və iyirmi birinci günü qurbanlıq kəsmək yaxşıdır. Lakin ən gözəli yeddinci günü qurbanlıq kəsilir, saçı qırxılır və adı qoyulur”. Salman b. Amir əd-Dabbi – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Yeni doğulan oğlan uşağı üçün qurban kəsmək lazımdır”. Buxari 5472.

Nəzir Dedikdə Kəsilən Qurbanlıq

“Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (Qiyamət günündən) qoxarlar.”. (əd-Dəhr 7).

Qonaqlıq Səbəbilə Kəsilən Qurbanlıq

“(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı? Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!” – dedi. O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi. Onu qabaqlarına (qonaqların qabağına) qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.” (əz-Zariyyat 24-27).
Lakin fərq vardır qonağın gəlməsi münasibətilə qonaqlıq üçün qurbanlıq kəsmək və qonaq üçün (onun naminə, xatirinə) qurban kəsmək. İkinci əməl qadağandır.

Evlənmək Münasibətilə Kəsilən Qurbanlıq

Ənəs – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – AbdurRahman b. Auf – radıyallahu anhu – nu sarı izlərlə gördüyü zaman buyurdu: “Sən evlənmisən?”. O: “Bəli”. Peyğəmbər: “Kiminlə?”. O: “Ənsarlardan bir qadın ilə”. Peyğəmbər: “Nə qədər ona Mehr verdin?”. O: “Xurma çəyirdəyi ağırlığında qızıl”. Peyğəmbər: “Bir qoyun da olsa belə qonaqlıq verməyin məsləhətdir”. Buxari 2048.

Sədəqə Üçün Kəsilən Qurbanlıq

Aişə – radıyallahu anhə - rəvayət edir ki, qurbanlıq kəsdiyimiz zaman bir hissəsini sədəqə üçün ayırdıq. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qurbanlıqdan bir şey qaldımı?”. Mən: “Kürəkciyindən başqa heç nə qalmayıb” dedim. Peyğəmbər: “Hər bir şey qalıb kürəkciyindən başqa”. Tirmizi, “Səhih Silsilə” 2544.

ALLAHDAN QEYRİSİNƏ QURBAN KƏSİLMƏZ

Zəbh – müəyyən bir şəkildə qan axıdmaq məqsədilə canın çıxması deməkdir. Bu da bir neçə şəkildə olur. Saleh Əli Şeyx – rahmətullahi aleyhi - “Şarh Kitabu Tovhid” deyir ki: “Qurban kəsmək dörd qismdir:
1. Nə vaxt qurbanlıq kəsilir Allahın adı ilə və Allah üçün. Bu xalis Tövhiddir.
Allahın adı ilə, təzim olaraq, onun önündə zəlil olaraq və Ona yaxınlaşmaq məqsədilə ibadət olaraq kəsilən heyvan. Belə bir ibadət Uca Allahın buyurduğu şəkildə sadəcə Allah üçün edilir. “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”. (əl-Kövsər 2). “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”. (əl-Ənam 162-163).
2. Nə vaxt qurbanlıq kəslir Allahın adı ilə, lakin Allah üçün kəsilmir. Bu Uluhiyyətdə şirkdir. “(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!”. (əl-Ənam 136).
3. Nə vaxt qurbanlıq Allah üçün kəsilir, lakin Allahın adı ilə kəsilmir. Bu Rububiyyətdə şirkdir. “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız”. (əl-Ənam 121).
4. Nə Allahın adı ilə kəsilir, nə də Allah üçün. Bu da büstbütün şirkdir. Amir b. Vəsilə deyir ki: “Bir dəfə Əli b. Əbu Talib – radıyallahu anhu – nun yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq bir şey deyibmi?”. Əli – radıyallahu anhu – qəzəbli halda: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa”. Kişi: “Ey Əmirəlmöminin onlar nədir?” deyə soruşdu. Əli: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin...”. Müslim 1978, 13/50. Tarih b. Şihban (Salman Farsi) – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir kişi bir milçəyə görə Cənnətə, başqa bir kişi isə bir milçəyə görə Cəhənnəmə düşdü”. Səhabələr: “Ey Allahın Rəsulu! Bu necə ola bilər?” deyə soruşdular. Peyğəmbər: “İki nəfər bütə sitayiş edən bir tayfanın yanından keçirdi. Onlar heç kimə həmən bütə qurban kəsməmiş oradan keçməyə icazə vermirdilər. Bütpərəstlər həmin iki nəfərdən birinə dedilər: “Qurban kəs!”. O: “Mənim qurban verməyə heç nəyim yoxdur” dedi. Onlar: “Heç olmsa bir milçək qurban et!” dedilər. O, da milçəyi bütə qurban etdi və ona yoluna davam etməyə icazə verdilər və o, kimsə (öldükdə) Cəhənnəmə düşdü. Bütpərəstlər ikinci kişiyə də dedilər: “Qurban kəs!”. O: “Mən Allahdan başqa heç kimə qurban kəsmirəm” dedi. Onun boynunu vurdular və o, kimsə Cənnətə daxil oldu”. Əhməd “Zuhd” 15, İbn Əbi Şeybə 13084 zəif hədis.


Tarix: 13.04.2013 / 15:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Maraqlı melumatlar