beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəsislik və Qorxaqlıq

Allah-taala belə buyurur: *«Həqiqətən, insan *[sərvətə] *çox həris *[tamahkarvə kəmhövsələ] *yaradılmışdır! **Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib **olduqda isə xəsis olar» **(əl-Məaric, 19-21).

Bir hədisdə belə deyilir: *«Qulda olan ən pis keyfiyyət ifrat xəsislik və ifrat qorxaqlıqdır».(1)

(İbn al-Qayyim, "Səbr edənlərin azuqəsi, şükür kr edənlərin tədarükü" kitabından.)


Xəsislik və qorxaqlıq qulda olan ən mənfi keyfiyyətlərdir. Əlalxüsus da
insan xəsisliyindən zövq alırsa və qorxudan qəlbi yerindən titrəyirsə, onda
nə comərdlikdən, nə şücaətdən əsar-əlamət olmaz, nə malı, nə də bədəninin
ona bir faydası olar. Nə qovulmaz, nə də qaçmaz. Əksinə xəsislik, qorxaqlıq
və tamahkarlıq onu yatırar, kiçildər, alçaldar və rəzil edər. Əgər
qorxaqlığın nə olduğunu bilmək istəyirsənsə, bil ki, o, insanı aclıq
yaxaladığı zaman onu hamıya yayar və dilənməyə tələsər, harasısa ağrıdığı
zaman tez şikayət edərək hamıya xəstə olduğunu bildirər, əgər bir
məğlubiyyətə uğrarsa, dərhal itaət göstərər, əgər qarnı ac olarsa, böyrü
üstə yıxılıb şikayətini hamıya bildirər, gözünə qida mənbəyi dəydikdə uçaraq
özünü ora salar, onu əldə edib ruhunun yerinə qoyar. Nə dözümü olar nə bir
üstünlüyü. Bütün bunlar nəfsin kiçikliyindən, rəzalətindən, bədənə
soxulmasından, onun gizlətməsindən və alçaltmasından irəli gəlir. Yardım
diləmək üçün üz tutulan yeganə varlıq Allah-taaladır.

--
(1) (səhihdir: *Əbu Davud, 2511; Əhməd, 2/302, 320; İbn Əbi
Şeybə, 9/98; İbn Hibban, 3250; Əbu Nəim, 9/50; əI-Beyhəqi, 9/50; əl-Albani,
"əs-Səhih", 560.)


Tarix: 13.04.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Maraqlı melumatlar