beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Başqa bir kəsin adından malları sataraq pul qazanmaq

Sual: Bir nəfər başqa birisindən bir şey satmağı xahiş etmişdi. Bu əşyanın qiyməti məsələn 3 dinardır. Təyin olunan şəxs isə bu əşyanı 4 dinara satır və aradakı fərqi (yəni 1 dinarı) öz cibinə qoyur. Elə isə Şəriətdə bu cür əməli etmək caizdirmi, yoxsa caiz deyil?

Cavab: Başqa birisinin adından hər hansı bir şeyi icra etmək üçün etimad olunan şəxs satıcının (onun səlahiyyətləri çərçivəsində hərəkət edən) müavindir. Ona görə də, onun adından əşyaları satmaq üçün etibar olunan şəxsin satıcının xəbəri olmadan satış əşyalarının qiymətini artıraraq aradakı fərqi özündə saxlaması caiz deyil. Bununla belə, bu barədə satıcıya əvvəlcədən xəbər verərsə, o zaman belə etməkdə heç bir şey yoxdur.

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.98, Sual 1, Fətva ? 9303


Tarix: 06.04.2013 / 14:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar