beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU GÜN CİHAD ADI İLƏ İNSANLARI ALDADAN XƏVARİCLƏR BARƏSİNDƏ

BÖYÜK ALİMLƏRDƏN SAYILAN SALEH ƏL-FOVZAN -ALLAH ONU QORUSUN- BU GÜN DÜNYADA MÜSƏLMAN GƏNCLƏRİ ÜSYANA TƏHRİK EDƏN VƏ ONLARI DIRNAQARASI "CİHADA" SƏSLƏYƏN: USAMƏ İBN LADEN, ƏL-FƏQİH, ƏL-MİŞƏRİ VƏ ONLARIN HƏMFİKİRLƏRİ BARƏSİNDƏ VERDİYİ FİTVALAR

Sual-Möhtərəm şeyx, Allah sizi müvəffəq etsin.
Usamə ibn Ladenin bütün dünyada cavanları təhrik etməsi, yer üzündə fitnə-fəsad törətməsi sizə heç də gizli deyil.
Sualım budur ki, biz bu adama xəvaric deyə bilərikmi? Ələlxüsus o bizim ölkədə və digər ölkələrdə baş verən partlayışları dəstəkləyir.

Cavab-
Bu fikiri daşıyan hər bir insan xəvariclərdəndir.
Yaşadığı yerdən və adından (kimliyindən) asılı olmayaraq, kim bu fikri daşıyar və ona dəvət edər, insanları buna təhrik edərsə o insan da xəvariclərdəndir.
Bu bir qaydadır ki, hər kim bu fikrə: əmir sahiblərinə qarşı üsyan etməyə, müsəlmanları təkfir etməyə (kafir saymağa), müsəlmanların qanlarını halal görməyə dəvət edərsə o insan xəvariclərdəndir.
Şeyx, Saleh əl-Fovzan


Sual-
Möhtərəm şeyx, sual verən şəxs deyir: Nə üçün "Böyük Alimlər Heyəti" Usamə ibn Laden, əz-Zəvahiri, əl-Fəqih kimi xəvariclərin başçıları haqqında fitva verib insanları onlardan çəkindirmirlər ki, çoxları onlara aldanması, ələlxüsus cavanlar!

Cavab-
Böyük Alimlər Heyəti bir neçə dəfə belə qərar çıxarmış və belə əməlləri və əməl sahiblərini pisləmişlər.
Bir neçə qərar çıxıb və həmin qərarlara, bu işləri idarə edənlər, planlarını cızanlar da heç şübhəsiz ki, aid olunurlar.
Şeyx Saleh əl-Fovzan


Tarix: 14.04.2013 / 12:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar