beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BÖYÜK VƏ KİÇİK GÜNAHLAR

Kitab və Sünnədən alınan dəlillərdən də göründüyü kimi günahlar: Böyük (kəbair) və Kiçik (səğair) olaraq ikiyə ayrılır. «Əgər siz inkar edilmiş böyük günahlardan uzaqlaşa bilsəniz, Biz sizin kiçik günahlarınızı bağışlayarıq». (ən-Nisa 31).

Bu ayədən də göründüyü kimi Quranla günahlar böyük və kiçik olaraq ikiyə ayrılır. İmam Qazali – rahmətullahi aleyhi – deyir ki: «Şəriətdən də göründüyü kimi böyük və kiçik günahlar arasındakı fərqi inkar etmək doğru deyildir»
(İbn Həcər əl-Heytəmi «əz-Zəvacir» 1/5)
«Kim ki, kiçik günahlara yol verib, lakin böyük günahlardan və əxlaqsızlıqdan uzaq durar. Həqiqətən sənin Rəbbin böyük bağışlayandır». (ən-Nəcm 32). Ayədə keçən LƏMƏM – kiçik günahlar. Kiçilmiş əməllər mənasıdadır. Bu da kiçik günahların böyük günahlardan başqa bir şey olduğunu bəyan edir. «Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi». (əl-Hucurat 7). Allah bu ayədə günahları üç mərtəbəyə ayırdı. Küfr, Fısq və üsyan. «(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır! Onlar etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!». (əl-Kəhf 49). Bu ayədə istər böyük olsun, istər kiçik insanın etdiyi hər bir şeyin yazıldığı bildirilmişdir.
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Beş vaxt namaz, Cümədən digər cüməyə qədər, Ramazandan digər Ramazana qədər olan vaxtda böyük günahlardan çəkindiyin təqdirdə aralarında keçən (kiçik) günahlara kəffarədir»
(Müslim 1/209 H. 233)
Əgər insan böyük günahlardan çəkinərsə kiçik günahlara kəffarətdir. Bu şərtdir ki, insan böyük günahlar işləməsin ki, onun kiçik günahları bağışlansın. Əgər insan iki cümə arasında qeybət edirsə artıq bu şərti pozmuş olur. Belə bir halda kiçik günahları da bağışlanmır. Günahlara kəffarə olan bu əməllərin üç dərəcəsi vardır. BİRİNCİ -- Bu əməllər zəifliyinə, onda olan ixlasın zəifliyinə və əməlin haqqı ilə yerinə yetirilməməsi səbəbi ilə heç kiçik günahları da belə silməyə kifayət olmasın. Necə ki, xəstə bir insana zəif, onun xəstəliyinə müqavimət göstərə bilməyən bir dərman verirsən. Dərman da zəif olduğuna görə onun xəstəliyini aradan qaldıra bilmir. Həmçinin bu əməllərdə zəif olduğuna görə o, kiçik günahları da belə qaldıra bilmir. İKİNCİ - Əgər yaxşı olarsa kiçik günahlara müqavimət göstərir. Lakin böyük günahları silmək dərəcəsinə çatmır. ÜÇÜNCÜ - Bu dərəcədə edilən ibadət isə güclü olduğuna görə həm kiçik günahları silir, həm də bəzi böyük günahları silir. Bu haqda dərindən düşün, çünkü bu səndə olan bir çox problemləri qaldırar.
Abdullah b. Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Allah qatında günahların hansının daha böyük olduğunu soruşdum. O, buyurdu: «Səni yaratdığı halda Allaha şərik qoşmaq». Mən: «Sonra hansıdır?» deyə soruşdum. O: «Yeməyinə ortaq olar qorxusuyla uşağını öldürmək» deyə buyurdu. Mən: «Sonra hansıdır?» deyə soruşdum. O: «Qonşunun xanımı (yoldaşı) ilə zina (yaxınlıq) etmək» deyə buyurdu.
(Buxari 5/163, Müslim 1/90 H. 86)
Əbu Bəkrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? (Bunu üç dəfə təkrar etdi)». Onlar: «Bəli, ya Rəsulullah» dedik. O: «Allaha şərik qoşmaq, ata-anaya asi olmaq və yalançı şahidlik (və ya yalan söz)». Peyğəmbər – sallallahu aleyhi və səlləm – dayanmışkən oturdu. Yalan şahidliklə olan sözünü o, qədər təkrar etdi ki, (biz qorxumuzdan) kaşki susardı dedik.
(Buxari 5/261, Müslim 1/912 hədis 87)
Beləcə uca Allah kiçik günahların böyük günahlardan çəkinmək və xeyirli işlər etməklə bağışlanacağını xəbər vermişdir. Əbu Zərr Cundub b. Cunədə və Əbu Abdurrahmən Muaz b. Cəbəl - radiyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Harda olursansa ol, Allahdan qorx və pis əməldən sonra dərhal yaxşı əməl et ki, onu silsin və insanlarla gözəl əxlaqla davran»
(Tirmizi 1987. əl-Albani «Səhih əl-Cəmi» 96-cı H0
Səhih hədislərdə isə: Dəstəmaz almaq , məscidə getdikdə atılan hər bir addım , beş vaxt namaz , cümədən cüməyə, Ramazandan digər Ramazana qədər , Ramazan ayını qiyamla keçirmək , qədr gecələri , Aşura orucu və daha nə qədər əməllər kiçik günahlar üçün bir kəffarədir.
(Müslim 1/151, Tirmizi 1/72, Nəsəi 1/89,Müslim 1/144, Tirmizi 1/418, Nəsəi 3/104,Buxari, Müslim 2/176, Nəsəi 4/145-157,Buxari 1/14, 2/253, Müslim 2/177, Nəsəi 4/155-157,Tirmizi 3/126, İbn Məcə 1/553)
Aşura orucu və daha nə qədər əməllər kiçik günahlar üçün bir kəffarədir.
Göründüyü kimi günahların böyüyü və kiçiyi olur. Quran, Sünnə, səhabələrin icması, tabiinlərin, imamların icması dəlalət etmişdir ki, günahların böyüyü və həmçinin də kiçiyi olur.(İbn Qeyyim «Cəvabul Kəfi» s. 134.)
Elm əhlindən bir qrupu isə günahın böyüklüyünü və kiçikliyini qəbul etmədilər. Dedilər ki: «Bütün günahlar böyükdür». Hər hansı bir günaha kiçik deyilməsini pis qarşıladılar. Çünki hər hansı bir günah Allahın əzəmətinə qarşı edildiyi üçün böyükdür. Ənəs - radıyallahu anhu – deyir ki: «Sizlər bir çox əməllər (günahlar) edirsiniz ki, onlar sizin gözlərinizdə tükdən incədir. Lakin bizlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında onları həlak edici günahlar sayırdıq»
(Fəthul Bəri 11/329, Əhməd 3/3)
İbn Abbas - radıyallahu anhu – deyir ki: «Nəhy edilən hər bir əməl böyük günahdır. Allaha üsyan olan hər bir hərəkət böyük günahdır»
(əz-Zəvacir 1/5)


Tarix: 15.04.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Maraqlı melumatlar