beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişinin boyunbağı geyməsinin hökmü

Sual: Bəzi kişilər etdiyi kimi boyunbağı geyməyin hökmü nədir?

Cavab: Zinət, bəzək üçün boyubağı geymək haramdır. Çünki bu qadınlara xas bir əməldir. Kişilər nazik zəncir geydiklərində qadınlara bənzəmiş olurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm özlərini qadınlara bənzədən kişilərə lənət etmişdir. Bu zəncir (boyunbağı) qızıldan hazırlanıbsa, o zaman bunun günahı daha böyük və haramlığı daha şiddətli olur. Çünki, bu halda iki tərəfdən haram olur. Kulonun üzərində insan, heyvan və yaxud quş şəkli olarsa günahı daha da artır. Xaç və yaxud xaç formasında olarsa bundan da pis və daha pis olur. Sonuncu iki hal-insan və yaxud heyvan şəklinin olması və xaç şəkilli olması-həm kişi, həm də qadınlara haramdır. Allah daha yaxşı bilir.

Fətəvə isləmiyyə, cild 7, səh.399, Darussalam


Tarix: 05.04.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar