beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kor Martın Jones dişi sayəsində görməyə başladı

42 yaşındakı Jones, "Arvadımla kor olduğum zaman tanış oldum və görməyimi yenidən qazanmaq icazəsi bir şansım olduğunda görmək istədiyim ilk insan da O idi. Həkimlər sarğıları çıxardı və suya baxmaq kimi bir şey idi. Əvvəl bir siluet gördüm və bu siluet ONA aid idi. İnanılmaz bir şey idi. Fikrimi yenidən qazanarkən fövqəladə duyğulara qapıldım. Bunu sözlərlə ifadə edə bilmərəm. Sözləri kənarında..." deyə danışdı.
Jones dəhşətli qəzada sol gözünü tamamilə itirdi və bədəninin yüzdə 37 ində yanıqlar meydana gəlmişdi. Həkimlər Jonesin sağ gözünü qurtardı, amma retinası böyük ölçüdə zərər gördüyündən bir daha əsla görə bilməyəcəyini söylədilər.
Nottinghamdakı xüsusi bir göz xəstəxanasında gördüyü müalicə də müvəffəqiyyətlə nəticələnmədi. Buradakı həkimlər bir hədiyyəçidən alınan kök hüceyrələriylə Jonesin yenidən görməsini təmin etməyə çalışdı.
Jonesin həyatını dəyişdirən isə Brightonlu cərrah Christopher Luinin reallaşdırdığı əməliyyat oldu.
"Osteo-Odonto-Keratoprosthesis" olaraq bilinən və ilk dəfə İtalyan professor Benedetto Strampelli tərəfindən 1963də tətbiq olunan bir üsul sayəsində, Jones, İngiltərədə bu şəkildə görüşünə yenidən qovuşan ilk adam oldu.
Dr Liu, Jonesin dişini istifadə edərək, bundan xüsusi bir optik lens mühafizəkarı meydana gətirmişdir. Bu optik lens də işığın Jonesin gözünə düşməsini və görə bilməsini təmin etdi.
İmplant (bədən içərisinə və canlı toxumalara cansız maddələrin yerləşdirilməsi) üçün canlı bir diş lazımdır. Çünki həkimlər, gözün plastik bir materialı qəbul etməyə biləcəyini söyləyir. Beləcə Dr. Liu, Jonesin əməliyyat üçün böyüklüyü və şəkli ən uyğun olan dişini köküylə birlikdə çəkdi.
Buna daha sonra küp bir şəkil verdilər və lensin yerləşdiriləcəyi mərkəzə də bir oyuq açıldı. Diş üç ay boyunca yeni toxu və qan damarları çıxara bilməsi və gözün içində yer etməsinə köməkçi olması üçün Jonesin yanağına nəql edildi.
Səkkiz saat davam edən həssas bir əməliyyatla diş yanaqdan alındı və Jonesin gözünə bir dəri parçasının arxasına tikildi. Əməliyyatın ardından iki həftə içində Jonesin sağ gözü mükəmməl bir görüşə sahib oldu.
GÖRDÜYÜM İLK AVTOMOBİL SMART OLDU
Görüşünə möcüzə bir şəkildə yenidən qovuşan Jones, "12 ildir kordum. Yenidən görməyə başladığımda hər şey dəyişmişdi. Gördüyüm ilk avtomobil bir Smart car oldu və gülməkdən özümü ala bilmədim. Avtomobilin yarısını kim aparmış deyə düşündüm. Yenidən görə bilmək həyatımı dəyişdirdi. Dünyada nələr olub bitdiyini görə bilmənin həzzini yenidən yaşayıram. Yoldaşlarım inanmırlar. Günəş gözlüyümü çıxardığımda "Aman Allahım fantastik filmindən atılmış kimisən" deyirlər deyə danışdı.
Jonesin qəzadan sonra korlar mərkəzində təhsil verdiyi sırada tanış olduğu və 2005 də evləndiyi arvadı Gill də vəziyyətdən xeyli məmnundur. Əməliyyatın ardından ərinin özünü ilk dəfə görəcəyi üçün həyəcanlandığını izah edən Gill, çox xoşbəxt olduğunu söylədi.


Tarix: 13.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 164 Bölmə: Maraqlı Məlumatlar