Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öskürdü... ağciyəri çölə çıxdı

Açıq ürək əməliyyatı olunduqdan sonra döş qəfəsi tikilən Süleyman Zehir tibb tarixində bir ilkə imza atıb. Milli.Az xəbər portalı Türkiyənin “Cihan” agentliyinə istinadən xəbər verir ki, təxminən bir ay əvvəl 71 yaşlı Süleyman Zehir nəfəs almaqda çətinlik çəkməsi ilə bağlı özəl xəstəxanalardan birinə müraciət edib. Həyati təhlükə olduğu üçün onun ürəyində əməliyyat aparılıb.

Xəstəxanadan çıxdıqdan sonra özünü yaxşı hiss edən Süleyman Zehir İzmit şəhərində yaşayan bacısıgilə gedib. Evdə oturduğu yerdə qəfil öskürək tutan Süleyman öskürəndə döş qəfəsi yarılıb və ağciyəri bayıra çıxıb. Onu Kocaelidəki xəstəxanaya aparıblar. Burada ilkin tibbi yardım göstərildikdən sonra Süleyman Zehiri təcili yardım maşını ilə başqa xəstəxanaya göndəriblər. Dərhal cərrahiyyə əməliyyatı aparılıb və Süleyman Zehirin ağciyəri yerinə qaytarılıb.

71 yaşlı kişini əməliyyat edən həkimlərdən biri Sezai Çelik bildirib ki, bu, tibb tarixində ilk belə hadisədir. Gördüklərindən təəccübünü gizlətməyən həkim deyib ki, xəstənin öləcəyini düşünürlərmiş: “Biz ürəyi və ağciyəri içəridə görmüşük. Əməliyyat sahəsi də içəridir. Ürəyi və ağciyəri çıxarıb, təzədən içəriyə qoymaq da mümkün deyil. Ağciyəri kənarda görməyimiz bizi heyrətə gətirdi”.

Süleyman Zehirin ağciyərini döş qəfəsindən çöldə əks etdirən fotolar yayımlanmaq üçün ABŞ-dakı tibb jurnallarından birinə göndərilib.


Tarix: 13.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar
loading...