Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyindəki 7 önəmli gen

ABŞ-da aparılan bir tədqiqatda müəyyən olunmuşdur ki, beyində 7 önəmli gen mövcuddur və bu genlər sahəsində beyin xərçəngi olan bir insanın yaşama şansının nə qədər olduğunu öyrənmək mümkündür.
500-dən çox beyin xərçəngi xəstəsindən götürülən şiş nümunələri üzərində aparılan tədqiqatların nəticələri “American Association” jurnalında dərc olunmuşdur. Tədqiqatda iştirak edənlərin əksəriyyətində yüksək dərəcəli glioma (beyin şişi) bəzilərində isə daha təhlükəli və ölümcül olan gliyoblastoma (bədxassəli sinir sistemi şişi) olduğu məlum olmuşdur.
Gliyoblastoma nümunələrini araşdıran zaman məlum olmuşdur ki, genlərdən 7-si vasitəsi ilə şişin nə qədər təhlükəli olduğu və xəstənin yaşama şansının nə qədər olduğunu müəyyən etmək mümkündür.
Tədqiqatın rəhbəri Feinberg Tibb Universitetinin professoru Markus Bredel bu genləri beyin xərçənginin kompası adlandırmışdır


Tarix: 13.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar
loading...