Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günəş şüası ilə yaşlanmanın ən bariz nümunəsi tapılıb

Amerikada Günəş şüaları ilə yaşlanma arasında ən önəmli bağlantı tapılıb. Bu uzun müddət sürücü işləyən amerikalı kişidir.
Türkiyə mətbuatının verdiyi məlumata görə, "New England Journal of Medicine" jurnalında yer alan fotoda adı açıqlanmayan 69 yaşlı kişi əks edilib.
Sürücünün 28 il sükan arxasında olduğu bildirilir. Bu müddət ərzində onun üzünün sol tərəfi daima günəş şüasına məruz qalıb. Nəticədə sağ tərəfdən fərqli olaraq ultrabənövşəyi şüaların təsirinə (UVA) məruz qalan hissədə ciddi deformasiya, qırışma, dəri sallanması meydana gəlib. Müəyyən zaman keçdiyi üçün hazırda üzün iki hissəsi bir birindən tamamilə fərqli görünür.

Tibbi müayinələr nəticəsində uzun müddət günəş şüalanmasına məruz qalan kişinin hələlik dəri xərçənginə yoluxmadığı bəlli olub.
Ancaq xroniki olaraq UVA şüalarının xərçəngə yol açdığını deyən mütəxəssislər onu nəzarətdə saxlayırlar.


Tarix: 09.01.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar
loading...