beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar yuxusuz kişilərə daha cazibədar görünür

Hikmətli sözlərin birində belə deyilir, adama imandan sonra verilən ən xeyirli nemət qadındır. Bu kəlamdan yola çıxaraq deyə bilərik ki, qadın şəfqəti və sevgisi insan həyatında və sağlamlığında vacib amillərdən biridir. Qadının gözəlliyi, sevməyə başladığı zaman da özünü göstərir. Sevib sevilmək onların təbii haqqları olmasına baxmayaraq günümüzdə istər evlilik həyatında istərsə də evlilikdən əvvəlki dövrdə bəzi gənclər cazibədar qadınlara üstünlük verir.
Bu mövzu ilə əlaqədar xəbərlərin birində deyilir ki, yuxusuz kişilərin gözündə qadınlar daha cazibədar görünür.
Məlumata görə ABŞ - dakı Hendrix Universitetinin elm adamları Jennifer Peszka və Jennifer Penner-in yuxusuz qalan kişilər üzərində araşdırma aparıblar və müəyyən olunub ki, həmin kişilərin gözündə qadınlar aktiv cinsi həyatda daha cazibədar görünürlər. Bu hadisəni alimlər belə şərh edirlər.
Deməli, yuxusuzluq beynin alın hissəsinə təsir etdiyi üçün qərar alma, riskə həssaslıq mexanizmi zəifləyir və vicdan, əxlaq və s. önəmli mühakimələr mənfi təsirlərə məruz qalır. Bu baxımdan yuxusuz şəxslər səhv qərarlar almağa meyilli hesab olunur. Həmin vəziyyətin hətta cinsi istismara qədər gedə biləcəyi deyilir.
Verilən məlumatda bu araşdırmanın "Sleep" jurnalında dərc olunduğu da bildirilir.


Tarix: 08.01.2015 / 17:49 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar