beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stres ingilis qadının 17 ilik yaddaşının pozulmasına səbəb olub

İngiltərədə qeyri-adi hadisə baş verib. 32 yaşlı qadın yuxudan duranda özünü 15 yaşında hiss etməyə başlayıb. ANS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, Naomi Jakobs adlı 32 yaşlı qadın bir gün yuxudan oyanandan sonra həyatının son 17 ilini tamamilə unudub. Jakobs 15 yaşına kimi olan hər şeyi aydın xatırlasada, həyatının son dövrü haqqında heç bir məlumatı olmayıb.

Yuxudan duran qadın güzgüyə baxanda gözlərinə inanmayıb. Kiminsə onunla zarafat etdiyini düşünən qadın dərhal yadında qalan ilk telefona zəng edib. Jakobsun bacısı və rəfiqəsi onu həkimə aparıblar. Xəstəxanada ona "müvəqqəti qlobal amneziya" diaqnozu qoyulub.
Buna səbəb isə stres olub. Belə ki, stres beynin fəaliyətinə təsir edərək onun pozulmasına və müəyyən bir zamana aid məlumatların, xatirələrin silinməsinə gətirib çıxarıb.

Uzun müddətli müalicədən sonra yaddaşına yenidən qovuşan qadın hazırda yaşadıqları barədə kitab yazmağa hazırlaşır.


Tarix: 09.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqlı Məlumatlar