beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyin araşdırmasına ABŞ-dan dəstək

BBC-nin sağlamlıq bölməsinin yaydığı məlumata görə ABŞ rəhbərliyi, Altsheimer və Parkinson kimi xəstəliklərin müalicəsinə də köməkçi olacağı ümid edilən bir araşdırmanın detallarını açıqlayıb. ABŞ prezidenti Barak Obama beyinin sirrlərinin açıqlanmasını hədəfləyən sözü gedən proyektə dəstək verib.
Obama, layihənin son dərəcə böyük və əhatəli bir iş olduğunu açıqlayaraq bu istiqamətdə öz düşüncələrini söyləyib.
Obama, layihənin əsas olaraq tibb sahəsində irəliləyişin təmin edilməsini hədəflədiyini, ortaya çıxaracağı nəticələr sayəsində Parkinson ya da Altsheimer kimi xəstəliklərin müalicəsində istənilən effektin olacağına ümid etdiklərini bildirib.
Ağ evdən edilən şərhə görə, sinir hüceyrələrinin və digər hüceyrələrin düşüncənin sürətindəki qarşılıqlı təsirləri bu layihədə əsas hədəflərdən biridir.


Tarix: 09.01.2015 / 10:50 Müəllif: Aziza Baxılıb: 14 Bölmə: Maraqlı Məlumatlar