beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək-damar xəstəlikləri üçün yeni formula

ABŞ həkimləri ürək-damar xəstəlikləri və iflicin qarşısının alınması məqsədi ilə amerikalılara xolestirini endirən dərmanlar qəbul etməyi məsləhət görür.

Həkimlər bu yeni məsləhətin 4 qrup insana aid olduğunu deyir. Onlar ürək-damar, 40 yaşdan yuxarı 2-ci növ diabet xəstəliyi, xolesterolu yüksək olanlar və 10 ildən artıq ürək-damar xəstəliyindən əziyyət çəkən 40 yaşdan yuxarı insanlardır. Bu isə o deməkdir ki, amerikalıların 33 faizi, yəni əhalinin üçdə bir hissəsi dərmanları yeni formula əsasında qəbul etməlidir.

Həkimlərin bu yeni açıqlamasında ürək-damar xəstəliklərinin və iflicin qarşısını almaq üçün pəhriz və idmanın da vacib olduğu vurğulanır.


Tarix: 16.01.2015 / 12:51 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Kardiologiya