beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuq havada idman etmək infarkt riski yaradır

Ürək damar xəstəliklərinə tutulma riski olan şəxslər sağlamlıqlarına ilin hər mövsümündə fikir verməlidir. Çünki, sərt külək və soyuq havalar infarkt səbəblərindən biridir. Həmin insanlar, qış mövsümündə idmanla az məşğul olmalı, depressiyadan və stressdən uzaq olmalıdırlar. Daha çox böyük yaş qrupunda olanlar, buna fikir verməlidir.
Soyuq hava, şiddətli külək, qar və yağış bədən istiliyini salır. Xüsusilə sərt külək, bədən səthindəki istilənmiş hava layının uzaqlaşmasına səbəb olaraq "hypothermia" riskini qar və yağışa görə daha çox artırır. Bunun nəticəsində ürək bədən istiliyini qorumaq üçün daha çox qan nəql edir. Bədən istiliyini qorumağa çalışarkən ürəyin iş yükü artır, bunun nəticəsində də ürək-damar xəstəliyi olan şəxslərdə infarktın inkişafı asanlaşır. Gün ərzində istilik 5 dərəcədən çox düşdükdə risk artır.
Soyuq hava qan damarlarında daralmaya və qan təzyiqində artmaya səbəb olur. Əgər adam yüksək təzyiqdən əziyyət çəkirsə bu vəziyyət qan təzyiqinin təhlükəli rəqəmlərə yüksəlməsinə səbəb olur.
Fransa da edilən bir tədqiqata görə istilik 4 dərəcədən aşağı olduqda təzyiq 140/90 mm Hg-dən yüksək olur və infarkt riski 2 qat artır.
Edilən işlərə görə təzyiq xəstələrində 5 dərəcədən çox olan eniş də infarkta şərait yaradır. Soyuq hava ürək divarı və stress səviyyəsinin artmasına və qanın qalınlaşıb axıcı olmasına təsir edir. Başqa sözlə qan laxtalanmasına səbəb olur. Bunun nəticəsində ürək böhranı ola bilər. Həmçinin tənəffüs sistemi infeksiyalarının artmasına səbəb olaraq ürəyin iş yükünü artırır və ürək böhranının meydana gəlməsini asanlaşdırır. Bunun üçün soyuq havalarda mümkün qədər az qalmaq lazımdır. Soyuq havalarda ən əhəmiyyətli istilik itkisi baş və əllərdə olur. Bunun üçün də çöldə idman etdikdə bir neçə qatdan ibarət paltar seçin.
İsinmək üçün istiləşmə məqsədi ilə spirt içki qəbulundan uzaq durun. Spirt dəri damarlarında genişlənməyə səbəb olaraq istilik itkisini asanlaşdırır və qanın həyati orqanlara axışını azaldır.
Həftədə ən az 3 dəfə məşq etməyə üstünlük verin. Həkimlə məsləhətləşmək də lazımdır.
Məşqlərə başladıqda mütləq 10-15 dəqiqə isinmək vacibdir. Edilən məşqlər yaşa uyğun olmalı və 15-30 dəqiqə çəkməlidir.
Məşq sonrası 5-10 dəqiqə boşalma hərəkətləri etmək də lazımdır.
Soyuq və küləkli havalarda xarici mühit yerinə ventilyasiyası bağlı olan mühitlərdə məşq etmək lazımdır.
Məşq əvvəlində çay, qəhvə, siqaret və kofeinli içkilərdən uzaq durmaq məsləhətdir.
İtirilən mayeni bərpa etmək və qan axımında problemləri önləmək üçün idmanın əvvəlində və sonrasında bol miqdarda su içmək faydalıdır.
Ürək çatışmazlığı kimi xroniki xəstəliyi olanlar hər il peyvənd etdirə bilərlər. Bu məsələdə siqaret kimi zərərli risk faktorlarını tərgitmək lazımdır.
Bu həm sağlamlığa həm də idmana faydalıdır.


Tarix: 16.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Kardiologiya