beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunlar ürək sağlamlığına faydalıdır

Bildiyimiz kimi yüngül idman məşqləri, düzgün həyat tərzi, faydalı vitamin və mineralların qəbulu ürək sağlamlığına yaxşı təsir göstərir.
Düzgün həyat tərzində balanslı qidalanma vacibdir. Bu baxımdan qida rasionu tərtib olunarkən ürək sağlamlığına faydalı olan vitamin və mineralları mütləq nəzərə almaq lazımdır.
Bunlardan omega 3 yağ turşuları, koenzim Q10, lifli qidalar, maqnezium, fol turşuları, qırmızı mayalı düyü də faydalıdır.
Koenzim Q10 antioksidant kimi olduğundan hüceyrələrin pozulmamasını təmin edir. Bəzi tədqiqatlar bunun təzyiqi yüngülcə saldığını və ürək çatışmazlığını önlədiyini bildirir.
Bir çox tədqiqatlara görə lifli qidalar xolesterolu azaltmağa ürək xəstəlikləri riskini aşağı salmağa kömək edir. Liflər bağırsaqlarda xolesterolla birləşərək orqanizmə kömək edir.
Fol turşusu insanı ürək-damar sistemi və əsəb xəstəliklərindən qoruyur. Tünd - yaşıl tərəvəzlərdə, sitrus meyvələrinin tərkibində olduğu bildirilir. İflic riskini azaltdığı haqda məlumatlar da var. Maqnezium təzyiqi və ürək atışlarının normala dönməsini təmin edir.
Bəzi tədqiqatlara görə qırmızı mayalı düyü xolesterolu salmağa kömək edir.
Tərkibində omega-3 yağ turşuları olan balıq yağı tabletləri xolesterolu salmağa və ürəyə gedən qanı artırmağa kömək edir.


Tarix: 16.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Kardiologiya