beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşdəki stress ürəyi xəstələndirir

Yeni bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır.

Tədqiqatda iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir.

İş yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir göstərdiyi o qədər də araşdırılmamışdır.

Danimarka alimləri 15 il ərzində qadın sanitarları müşahidə edərək iş yerində stressin onların sağlamlığına təsir dərəcəsini öyrənməyə çalışıblar.

Siqaret çəkmə kimi bir sıra digər risk faktorlarını da nəzərə aldıqdan sonra alimlər belə qənaətə gəliblər ki, işdə stress keçirən qadınlarda ürək xəstəliyinə tutulma ehtimalı stress keçirməyən qadınlarda olduğundan 35 faiz yüksəkdir.

Lakin yaş amili nəzərə alınanda məlum oldu ki, ən çox ürək xəstəliyinə, yəni, işdəki stressdən, 50 yaşından aşağı olan qadınlar məruz qalır. Alimlərin fikrincə, daha yaşlı qadınlarda ürək xəstəliyinə yüksək qan təzyiqi və xolesterol kimi başqa risk faktorları səbəb olur.

Britaniya Ürək Assosiasiyasının sözçüsü deyib ki, iş yerlərində stressə məruz qalan şəxslər öz həmkarları və ya müdirləri ilə bunun necə qarşısını almaq barədə danışmalıdırlar. Onlar eləcə də iş günü ərzində aktiv olmalıdırlar.


Tarix: 16.01.2015 / 12:15 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Kardiologiya