beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi kişilərin ürək xəstəliyinə tutulma riski daha yüksəkdir

Siqaret, sağlam şəkildə qidalanmamaq, yüksək xolestrol ürək xəstəliklərinin ilk səbəblərindəndir. Bu faktorlar arasında genetik ötürmədə böyük rol oynayır.
Xüsusilə kişilərdə. Ürək xəstəliklərinə görə, kişilər qadınlara nisbətən daha çox risk altındadırlar. İngilis elm adamları belə qənaətdədirlər.
Araşdırmaya görə, "kişi xromosomu" ilə bağlı olaraq ürəklə bağlı problemlər atadan oğula keçə bilər.

Minlərlə kişi üzərində aparılan araşdırmanın nəticəsinə görə, "Haploid I" xromosomu daşıyan kişilərdə xroniki arterial xəstəliklərə yaxalanmaq riski 50 faiz çoxdur. Araşdırmaya görə, 40 yaşındakı hər iki kişidən biri xəstəlik riski daşısada, qadınlarda bu rəqəm 1/3-dür.

Hələlik bu xromosomu daşıyan kişilərdə ürək xəstəliklərindən qaçış yolunu mütəxəssislər sağlam həyat tərzi, düzgün qidalanmada görürlər.


Tarix: 16.01.2015 / 12:18 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Kardiologiya