beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam bir həyat üçün ürəyinizin ritmini qoruyun

Liv Xəstəxanasının Kardiologiya sahəsində fəaliyyət göstərən mütəxəssisi həkim Dos. Enis Oğuz, hər yaşda görülə bilən ürək ritm pozğunluqları haqqında danışıb.
O, qeyd edib ki, ürəkdə ritm problemləri bəzən ürəkdə döyüntülərin sürətlənməsi, bəzən tək-tək atması, bəzən də yavaşlaması şəklində ortaya çıxır.
Ürək döyüntüləri ümumiyyətlə birdən başlayır, bəzən saniyələr, bəzən dəqiqələr, bəzən də saatlar sürüb birdən sona çatır.
Oda qeyd olunub ki, ürəkdə olan ritm problemləri hər yaş qrupunda görülə bilər. İrəli yaşlarda ritm problemləri daha sıxdır və digər ürək xəstəlikləri ilə əlaqəlidir.
Ritm problemlərinə qarşı alına biləcək tədbirlərin bəzilərinə stressdən uzaq olmaq, ideal çəkini qorumaq və nizamlı məşq etmək daxildir.
Heyvani transyağlardan uzaq durmaq, siqaret çəkməmək və spirtli içkilər içməmək son dərəcə əhəmiyyətlidir.


Tarix: 16.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Kardiologiya