Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lifli qidalar ürəyi qoruyur

Lifli qidalar bir çox xəstəliklərə tutulma riskini azaldır və sağlamlığı gücləndirir.
Məlumata görə lifli qidalar həzmlə bərabər həmdə ürək xəstəliklərinə köməkçi olur. Qan təzyiqini aşağı salır, qandakı xolesterol miqdarını nizamlayır.
10 qram lifin, ürək infarktına olan riski 27% azaltdığı bildirilir. Buğda çörəyi, qəhvəyi düyü, dənli yeməklər kimi düyünlənən liflər mədə, nazik bağırsaqlar və yoğun bağırsaqların işini gücləndirir. Tərkibində olan təbii ekstraktlı qidalara isə balqabaq, əncir, quru ərik və s. aid edilir.
Düyünlənməyən liflər, qandakı ziyanlı xolesterini salır. Alma, arpa, yulaf, paxla və digər quru paxlalılar, meyvə və tərəvəzlər düyünlənməyən lifli qidalar hesab olunur.
Lifli qidalar qan şəkərini birdən yüksəltmək yerinə yavaş yavaş yüksəldərək artıq çəki almağa maneə törədir. Diabet riskini azaldır. Hemoroy, qəbizlik, aşağı ətrafların varikoz genəlməsində olan narahatlıqların qarşısını almağa kömək edir.
Tərkibində yaşlanmağı gecikdirən vitaminlər, minerallar və bitki mənşəli maddələr saxlayır.
Lifli qida istifadə edərkən su içmək həzm sistemini sürətləndirir.
Qadınların gündəlik 25 qram, kişilərin isə gündə 35 qram lif alması məsləhət görülür.


Tarix: 16.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Kardiologiya
loading...