beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşağı kalorili pəhrizlər ürəyə ziyandır

Məlumata görə düzgün olmayan pəhrizlər böyrək yükünü artıraraq, ürək-damar sağlamlığına zərər vurur.
Bu baxımdan mütəxəssislər saxlanılan pəhrizlərin insana uyğun olmasını və bu sahədə həkimə müraciət edilməsini vacib sayır.
Pəhrizdə yaş həddi və sağlamlıq vəziyyəti mütləq nəzərə alınmalıdır. Qəbul olunan qidalara da fikir verilməlidir.
Çünki, düzgün seçilməmiş qida ürəklə bərabər saç, dəri və dırnaqların vəziyyətinə təsir göstərir.
Ən populyar pəhrizlər çəki azaltma pəhrizləri hesab olunur. Bədənin çəkisinin sürətlə azaldılması orqanizmi enerji, vitamin və qida maddələrdən məhrum edir.
Bu baxımdan aşağı kalorili və şüursuzca tutulan pəhrizlər uyğun görülmür və təhlükəli hesab olunur.
Xalq arasında həddindən artıq köklük olaraq bilinən piylənmə xəstəliyinin əsas səbəbi nizamsız qidalanmadır. Qidalanmanın qoruyucu olması, tibbi qidalanmaya uyğun gəlməsi piylənmə kimi xəstəliklərə qarşı xeyirlidir. Qidalanma düzgün olduqda xəstəliklər də az olur.
Piylənmənin müalicəsində tibbi pəhriz və fiziki fəaliyyət yetərli deyil. Bu işdə problemin yaranma səbəbinə istiqamətli müalicə aparılmasıdır.
İstər xəstəlikdə, istər sağlamlıqda tətbiq olunacaq pəhriz həkimlə məsləhətli olmalıdr.
Məlumata görə xəstənin ölçümlərinə görə təyin olunan enerji miqdarına 60%-ə qədər karbohidrat, 15-20% zülal, 25-30% yağlar gərəklidir.
Pəhrizə paralel olaraq, xəstəyə həkimin təklif edəcəyi tibbi müalicə edilməli, fiziki fəaliyyət və idman məşqlərinə fikir verilməlidir.


Tarix: 16.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Kardiologiya