beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qış mövsümündə infarkt keçirmə riski digər aylara görə 3 qat artır

Aparılan araşdırmalara görə, qış mövsümündə infarkt keçirmə riski digər aylara görə 3 qat daha çox artır.
Buna səbəb olaraq isə yuxarı tənəffüs yolu infeksiyalarının artması, daha yüksək kalorili olan yeməklərin qəbul edilməsi, qəbul olunanların həzm edilə bilməməsi, hərəkətsizlik və həddindən artıq soyuq havanın təsirindən damar büzüşmələri göstərilir.

Mütəxəssislər ürək böhranlarının qış aylarında daha çox olmasının ən əhəmiyyətli səbəbini soyuq havaların damarlardakı büzülməyə səbəb yaratdığı, spazma və təzyiqyüksəldici təsiri olduğunu qeyd edirlər. Bu təsirlər isə sinə ağrılarına və hətta infarkta səbəb olur. Damar sərtliyi xəstəliyinə isə laqeyd yanaşılmaması məsləhət görülür.

Tövsiyyələr

Həkimlər, qışda səhər saatlarının infarktın ən çox müşahidə edildiyi zaman hissəsi olduğunu qeyd edirlər. Soyuq havalarda:

- Ürək və təzyiq xəstələri dərmanlarını nizamlı qəbul etməlidirlər.
- Koronar arteriya xəstəliyi olan, qulaqcıq bərkidilmiş və ya şarla damarları açılmış xəstələrə və ürək çatışmazlığı olan şəxslərə mütləq qrip peyvəndi vurulmalıdır.
- Ürək xəstələri ağır kalorili qidalardan çəkinərək, tam bitki mənşəli qidalar ilə tərəvəz və meyvə yeməlidirlər.
- Məşq etmək üçün havanın daha mülayim olduğu saatlar və ya ev, idman salonu kimi bağlı mühitlər seçilməlidir.
- Soyuq havalarda xəstələr özlərini qorumaları və möhkəm geyinməlidirlər.
- Ürək xəstələrinin tox ikən soyuq havaya (küləyə) qarşı getməməlidirlər, çünki küləyə qarşı getmək anginapektorisə (sinə ağrılarına) hətta infarkta belə səbəb ola bilər.
- Qışda hava natəmizliyinin artmasına görə, ürək xəstələri havanın çirkli olduğu vaxtlarda bayıra çıxmamalıdır.
- Ürək və təzyiq xəstələri qrip dərmanları istifadə etməməlidirlər.


Tarix: 16.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Kardiologiya