Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni ildə ürək sağlamlığınızı qorumaq üçün 5 təklif

Ürək-damar xəstəliklərinin qarşısının alınması və müalicəsində hipertoniya və dislipidemiyadan mütləq müalicə olunmalı və nəzarətdə saxlanılmalıdır. Ürək sağlamlığınız üçün sizlərə faydalı məsləhətləri ilə köməklik göstərmək istəyən Türkiyənin "Hisar Intercontinental" xəstəxanasının kardiologiya üzrə mütəxəssisi Dos. Həkim. Yılmaz Günəş bu istiqamətdə bir çox məsələlərə aydınlıq gətirib. Ürək damar xəstəliklərinin yayılma dərəcəsinin gedərək artdığını və bu xəstəlikləri meydana gətirəcək risk faktorlarını önləyərək əhəmiyyətli bir addım atılmasını qeyd edib. Dos. Həkim. Günəş deyib ki, "Təəssüflər olsun ki, çox oturaq həyat tərzi sürən bir cəmiyyətik. Bu baxımdan əvvəlcə bu istiqaməti dəyişdirmək lazımdır; az yeyib daha çox idmanla məşğul olmalı və siqareti buraxmalıyıq". O, həmçinin ürək sağlamlığını qorumaq üçün 5 təklif verib:

1. Daha az yemək daha çox fəaliyyət göstərmək lazımdır. Yeməkdən imtina edə bilmərəm deyirsinizsə hər şeydən əvvəl heç olmasa qidanı az miqdarda qəbul etmək olduqca xeyrli olar. (Artıq çəkidən və s. əziyyət çəkənlərə aiddir). Daha çox meyvə və tərəvəz ilə qidalanın. Heyvani qidalardan və qatı yağlardan uzaq durum;
2.Siqaret çəkməyin: Çünki siqaret təzyiq, xolesterol kimi hər hansı bir xəstəliyiniz olmasa belə infarktın yaranmasına səbəb ola bilər;
3. Nizamlı bir şəkildə hər gün ən azı yarım saat idmanla məşğul olun (Daha çox idmanın qaçış növü və s.) Çünki nizamlı məşq ürək sağlamlığınızı qorumanız üçün çox əhəmiyyətli və lazımlıdır;
4.Axşam gec saatlarda bol yemək yeməyi tərgidin. Gecə gec yemək xeyrlidir. Çünki tox bir mədəylə yatmaq, xüsusilə bilinməyən ürək damar xəstəlikləri ilə infarkta səbəb ola bilər;
5.Sağlam olsanız belə ildə bir dəfə həkim müayinəsindən keçməlisiniz. İl ərzində heç olmasa bir dəfə lipid, xolesterol, şəkər və qanla bağlı olaraq müayinədə olmalısınız. Ancaq risk səviyyəsində olsanız sağlamlıq ocaqlarında müayinə üçün 30 yaşı gözləməyin, daha tez müayinədən keçin. Yaşlı vaxtlarınızda isə səhiyyə məntəqələrinə laqeyd yanaşmayın və dərmanlarınızı nizamlı olaraq istifadə edin. İnternetdə ürək-damar xəstəliklərinin müalicəsi yolları haqda çoxlu sayda reseptlər var. Bu reseptlər həqiqətən ürək-damar xəstəliklərinə düçar olmuş insanlara şəfa verəcəkdir.


Tarix: 16.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Kardiologiya
loading...