Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt evlilik infarkt riskini azaldır

"Sevgililər Günü" münasibəti ilə faydalı məsləhətlər verən Dr. Əhməd Özkara, xoşbəxt evliliyin infarkt riskini azaltdığını bildirib.
Onun sözlərinə görə, ürək sadəcə tibbi orqan deyil, eyni zamanda duyğularımızın aynasıdır.
Belə ki, ürəyimiz eşq, sevgi, həyəcan, xoşbəxtlik, kədər, nifrət kimi duyğuları əks etdirir.
Edilən tədqiqatlar sübut edib ki, duyğuların, ürək sağlamlığı üzərində böyük təsiri var. Xoşbəxt evlilik və müsbət düşüncə həm qadınlarda, həm də kişilərdə infarkt riskini azaldır. Stressi yox etmək və xoşbəxt anları artırmaq isə depressiv halları aradan qaldırır. Bu isə, ürək və damar sistemi üzərində mənfi təsirlərin azalmasına yol açır. Qısası duyğu dünyamız, stressi idarə edən əhəmiyyətli faktorlardan biridir. İnsan sahib olduqlarının qiymətini bilsə, sevgi və hörməti göz ardı etməsə, həm iç dünyası yaxşı olur həm də ürək problemlərindən uzaqlaşır.
Bizi üzən hadisələri düşündükdə ya da yaşadıqda ürəyimiz sürətli vurur, təzyiqimiz yüksəlir. Qidalanma vərdişləri də stress hallarında dəyişgən olur.
Bütün bunlar öz növbəsində ürək-damar sisteminə mənfi təsir edir. Bəlkə də damar sərtliyi və ürək ritmi pozuqluğu kimi narahatlıqlara yol açır.
Xoşbəxt olduğumuz anlarda isə təzyiq normallaşır, nəbz qaydasına düşür və ürək fəaliyyətini yoran cəhətlər aradan qalxır.
Müsbət düşüncələr, sevginin və sahib olduqlarımızın qiymətini bilməyə kömək edir, ruh və ürək sağlamlığına yaxşı təsir göstərir.


Tarix: 16.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Kardiologiya
loading...