beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçəl kişilər ürək xəstəliklərinə daha çox tutulur

Keçəl kişilərin ürək xəstəliklərinə tutulma riski daha yüksəkdir. "British Medical"da yayımlanan araşdırmada belə deyilir. Məlumata görə, bu risk alın nahiyəsində tüklərin seyrəkliyindən əziyyət çəkənlərdə yox, təpə hissəsi tamamilə keçən olarda çoxdur.

Bunu müəyyən etmək üçün 11 il ərzində 37 min kişi üzərində araşdırma aparılıb. Nəticədə keçəllərin xəstəlik riskinin başında saç olanlarla müqayisədə 32 faiz çox olduğu bəlli olub. 55-60 yaş arasında bu faiz göstəricisi 44-ə qalxır.
Nəticələr Yaponiya, Avropa və ABŞ-da aparılan 7 fərqli çalışmanın nəticələrinin müqayisəsi nəticəsində əldə edilib.

Keçəllik ilə ürək xəstəliyi arasında hansı əlaqənin olması isə hələlik araşdırılır.


Tarix: 16.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 13 Bölmə: Kardiologiya