beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızı ətin ürəyə faydası

Məlumata görə qırmızı ət istifadəsi ürək böhranı yaşayanlara və əsəb problemləri olanlara yaxşı təsir göstərir.
Ürək xəstələri həftə ərzində 150 - 200 qram qırmızı ətdən istifadə edə bilərlər.
Bu cür qidalanma həyat keyfiyyətinə və sağlamlığa müsbət təsir göstərir.
Harvard Tibb Məktəbi qırmızı ətin faydası ilə əlaqədar tədqiqatlar aparıb. Araşdırma 120 mindən çox insanın müayinəsinə əsaslanıb.
Nəticədə alimlər müəyyən ediblər ki, balanslaşdırılmış pəhriz çərçivəsində qırmızı ətdən istifadə təhlükəsizdir.
Mütəxəssislərin hesablamalarına əsasən, gündəlik rasiona əlavə miqdarda ətin daxil edilməsi ölüm riskini 13 faiz, ürək-damar xəstəliklərinə tutulma riskini 18 faiz azaldır. Kanadanın "McGill" Universitetinin elm adamları da qırmızı ətin faydaları ilə bağlı tədqiqat aparıb.
Nəticədə qırmızı ətdən bişirilən yeməyin, stresli və gərgin işləri olanlara sakitləşdirici təsir göstərdiyi məlum olub.
Lakin, zülal qaynağı olan qırmızı ətin həddindən artıq yüksək dərəcədə bişirilməsi, səthlərinin yanması, bəzi maddələrlə rəfinə edilməsi sağlamlıq üçün zərərlidir.


Tarix: 16.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Kardiologiya