Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yüksək təzyiqə qarşı qırmızı çuğundur suyu

Qırmızı çuğundur suyu yüksək təzyiqi normal səviyyəyə endirməyə kömək edirmiş.
Məlumata görə İngiltərədəki Barts və London Tibb Fakültəsinin bir sıra elm adamları araşdırma aparıblar.
Həmin araşdırma, gündə bir stəkan çuğundur suyu (250 ml) içənlərin yüksək təzyiqinin normal səviyyəyə endiyini göstərib.
Qırmızı çuğundur suyunun təsirinin çoxlu içildikdən sonra 3-6 saat müddətində görüldüyü qeyd edilir.
Araşdırmaçılar, çuğundurda olan nitratın qan damarlarını genişləndirdiyini və beləcə də təzyiqi aşağı saldığını qeyd ediblər.
Elm adamları, çuğundur suyunun sidiyin çəhrayiləşməsinə yol aça biləcəyini də bildiriblər.
"Hypertension" jurnalında nümayiş olunan işə imza atan elm adamları, çuğundur suyunun uzun müddətli təsiri haqqında daha geniş araşdırmaların aparılmasının vacibliyindən bəhs ediblər.


Tarix: 16.01.2015 / 12:39 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Kardiologiya
loading...