beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdman edərkən ürək sağlamlığınızdan olmayın

Məlumata görə ürək xəstələri, sağlamlıqlarını qorumaq istəyərkən səhv idman fəaliyyətləri üzündən çətin vəziyyətə düşə bilərlər.
Bunu Adnan Menderes Universitetində fəliyyət göstərən Prof. Dr. Ceyhun Ceyhan deyib. Onun sözlərinə görə ürək narahatlığı olan şəxslər idmana başlamazdan əvvəl ilk öncə həkimə müraciət etməlidirlər. Çünkü, idman fəaliyyətləri əsnasında həddindən artıq ehtirasa qapılan, çox efor sərf edən infarkt xəstələri olur. Ürək narahatlığı olanlar, özləri üçün zərərli olan fəaliyyətlərin müəyyənləşdirilməsi və məşqlərin seçimi mövzusunda mütləq lazımi məlumatlara sahib olmalıdırlar. Daha çox yarışma istiqamətli idmanlardan uzaq olmaq məsləhətdir. Onlara gün ərzində 45-60 dəqiqəlik orta templi gedişlər faydalıdır.
Həkimdən icazəli olanlar velosiped, üzmə, tennis və stolüstü tennis kimi templi idman növləri ilə məşğul ola bilərlər. Bu fəaliyyətlər xəttli əzələlərdə yerləşən damarlarda genişlənmə ortaya çıxararaq, ürəyin iş yükünü müəyyən dərəcədə azaldır. Bunun nəticəsində stress və gərginlik atılır, psixologiya düzəlir, bədən daha rahat yuxu halına keçir. Bütün bunlar ürək sağlamlığı üçün faydalıdır.
Lakin ürək xəstələri bədən inkişaf etdirmə idmanlarına diqqət etməlidirlər. Çünkü, bədənin sabit, hərəkətsiz qalaraq müqavimətini artıran idman fəaliyyətləri ürək üçün risklidir. Həmçinin ağırlıq qaldırma, turnik kimi bədən fəaliyyətləri ürək narahatlığı olanlar üçün zərərli hesab olunur. Bu cür idmanlardan müqavimətə qarşı bir efor sərf edilir ki, bu da ürəyin iş yükünə, oksigen ehtiyacına ciddi dərəcədə təsir göstərir. Bütün bunların nəticəsində isə ürək sağlamlığı təhlükədə olur. Bu baxımdan ürək xəstələrinin bu cür idman fəaliyyətlərindən uzaq olması məsləhətdir.


Tarix: 16.01.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Kardiologiya