beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik - estetik kateqoriya kimi

Dünya estetiklərinin əksəriyyəti belə bir doğru faktı etiraf edir ki ,gözəllik estetikanın ən ümumi ,ən universal kateqoriyası ,estetik qiymətləndirənin ən mühüm amilidir.O istisnasız olaraq obyektiv aləmin bütün təzahürlərini :təbiət və cəmiyyət hadisələrini ,əmək ,ictimai münasibətlər və incəsənət sahələrini əhatə edir.Ən əsası isə budur ki ,gözəllik insanın həyatında mühüm rol oynayır.O,insanlara sevinc bəxş edir ,fərəh gətirir ,həzz verir,onlarda həyat eşqi oyadır.Odur ki ,dünyanın dahi insanları hansı ölkədə və hansı dövrdə yaşamağından asılı olmayaraq, heç vaxt gözəlliyə biganə qalmamış ,ondan ilhamlanmış və onun şərəfinə təriflər söyləmişlər.Məsələn: F.M.Dostoyevski kimi dünya şöhrətli bir yazıçı insanlıq üçün nə dərəcədə vacib rol oynadığını göstərərək yazır:“Bilirsinizmi ,siz bilirsinizmi ki,bəşəriyyət ingilissiz də yaşaya bilər ,almansız da yaşaya bilər,russuz lap yaxşı yaşayar,elmsiz,çörəksiz yaşayar.Yalnız gözəlliksiz yaşaya bilməz,çünki onda həyatda heç nə etməyə lüzum qalmaz.! Bütün sirr bundadır!” Qədim Yunanıstanın idealist filosofu, Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür. O, belə hesab edir ki. «gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə görünə bilməz». Platon gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirir.


Heraklitə görə «dünyanın ən gözəl quruluşu» və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir.

Aristotelin fikrincə, «gözəllik və gözəlliyin varlığı» vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır.

Dünyanın böyük şəxsiyyətləri gözəlliyin nədən ibarət olduğunu dünyəvi bir sirr hesab edirdilər.Odur ki,dünyanın ən ağıllı adamları iki min beş yüz ildən artıq bir dövr ərzində gözəlliyin sirrini açmağa çalışırlar.Gözəlliyin əsl mahiyyətinə uyğun olaraq,bütün gözəl predmet və hadisələri əhatə edə bilən dəqiq tərif vermək çətindir.Bu çətinlik ,bizim fikrimizcə ,aşağıdakı səbəblərlə əlaqədardır :

Birincisi ,bu, gözəlliyin özünün mahiyyətinin,təbiətinin ,məzmununun zənginliyi ilə əlaqədardır.İkincisi ,bu çətinlik tərifdə əhatə olunan hadisələrin çox genişliyi ilə əlaqədardır.Üçüncüsü ,bu,ondan ibarətdir ki ,gözəllik özü ,hər şeydən əvvəl ,hissiyyatla duyulur,yəni birbaşa və hisslə qavranılır,lakin ona tərif verərkən ,biz ona əqli nöqteyi –nəzərdən,məntiqi olaraq yanaşırıq.Dördüncüsü ,çətinlik ondan ibarətdir ki,gözəlliyin hələ dərk olunmamış çoxlu cəhətləri,məqamları mövcuddur,yəni biz onu hələ də lazımi səviyyəədə dərindən duya bilmirik.Beşincisi ,gözəllik məhz insanlar tərəfindən qiymətləndirildiyi üçün ,onların gözəllik haqqındakı təsəvvürləri və bildikləri dəyişkəndir,yəni onlar həmişə inkişafda olurlar.Altıncısı ,gözəlliyə tərif verilərkən,yaranan çətinliklərdən biri də gözəlliyin tez-tez estetik məvhumu ilə faciəvilik ,komiklik ,eybəcərlik və s. lə eyniləşdirilməsidir.Yeddincisi ,bir çətinlik də ondan ibarətdir ki ,gözəllik təkcə estetiklik anlayışı ilə deyil ,həm də etiklik anlayışı ilə qarışdırlır.Bu səbəblər üzündən gözəlliyin mahiyyəti açıla bilmir və o,insanlar üçüün sirr olaraq qalır.Şübhəsiz ki,məlum olmayan bir şeyə düzgün tərif vermək olmaz.

Gözəlliyin mahiyyətinin düzgün həllini biz aşağıdakı kimi təsəvvür edirik.İnsan şüurundan kənarda olan materiya üçün özü özlüyündə nə gözəllik var,nə eybəcərlik,nə yaxşılıq var,nə də ki pislik..Yəni insandan və insan şüurundan kənarda mövcud olan maddi şeylər özü özlüyündə heç bir obyektiv estetik xassəyə malik deyilldir.Maddi aləmin predmet və hadisələri yalnız insanla münasibətdə estetik məna kəsb edə bilirlər.



Deməli gözəllik təbiətin maddi predmetlərinə xas olan təbii keyfiyyət yox,məhz ictimai keyfiyyətdir.Bütün canlılar içərisində yalnız insan ictimai varlıq olduuğuna görə ictimai keyfiyyət də insanda və insani keyfiyyətlərdə mövcud olur.Təbii predmetlərə obyektiv gözəllik xassəsi əlavə etmək olmaz.Çünki bu xassə cəmiyyətdə yaranıb,predmetlərin təbii xassələrindən köklü surətdə fərqlənir və onlar bir birilə heç vaxt fiziki cəhətdən qarşılıqlı əlaqədə ola bilmirlər.


Gözəllik haqqında bu müddəanı təbiətşünaslıq elmi də təsdiq edir.Təbiətşünaslıq elmi öyrədir ki,xarici aləmin maddi predmet və hadisələrində nəinki obektiv gözəllik xassəsi yoxdur, onlarda hətta immanent bir xassə kimi obyektiv rənglər,obyektiv iy ,obyektiv dad və s. də yoxdur.Məsələn,rənglərin yaranması haqqında onu demək olar ki ,işıq şüası ətraf mühitdəki müxtəlif rəngli predmetlərin səthindən əks olunaraq gözə daxil olduqdan sonra beyinə ötürülür və məhz beyində müxtəlif rənglər yaranır və s.


Tarix: 09.12.2014 / 14:06 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Fəlsəfə