beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varlığın əsas formaları və onların qarşılıqlı təsirinin dialektikası

Dünya gündəlik reallıq kimi və transendental dünya kimi, insa­nın qarşısında bütöv bir hadisə, ümumi vəhdət, özünə çoxsaylı müx­təlif şeyləri, prosesləri, insan fərdlərinin vəziyyətlərini, təbiət ha­disələrini və s. daxil edərək durur. Bu, bizim adlandırdığımız ən ümu­­­mi varlıqdır. Həmin sonsuz, çoxsaylı şeylərin arasında ən ümumi əlaqələri həyata keçirən əsas komponent rolunda təkcə çıxış edir. Onun köməyi olmadan yuxarıda dediklərimiz qeyri– müm­kün­dür. Başqa sözlə desək, dünya çoxsaylı təkcə şeylərlə, hadisələrlə, proseslərlə doludur. Onlar da öz aralarında qarşılıqlı əlaqədədirlər. Bu, təkcə mahiyyətlərin dünyasıdır. Buraya adamları, heyvanları, bit­­kiləri, fiziki prosesləri və s. aid etmək olar. Lakin ən ümumidən və təkcədən çıxış etsək, onda insan şüuru üçün çətinliklər mövcud olacaqdır. Daha dəqiq desək, bu rəngarəng dünyada istiqamət (ori­yen­tir) götürmək mümkün olmayacaqdır. Bununla yanaşı, bu rən­ga­rənglikdə elə təkcələr də vardır ki, bir–birindən fərqlənərək, eyni za­manda ümumi cəhətlərə (bəzən hətta mahiyyət baxımından) ma­lik olurlar. Bu isə daha ümumi və bütöv ümumiləşdirməyə, bir­ləş­dir­mə­­yə imkan verir. Ona görə də bunu çox vaxt xüsusi kimi ifadə edirlər.
Göründüyü kimi, varlığın formaları bir– birilə sıx surətdə qarşılıqlı əlaqədədir. Varlığın həmin kateqoriyaları haqqında bir az ətraflı danışsaq görərik ki, ən ümumi– real şeylərin obyektiv surətdə mövcud olan ümumiliyi onların xassələrinin, əlamətlərinin və cəhətlərinin vəhdətində ifadə olunur. Təkcə (və ya ayrıca) dedikdə, təbiətdəki və cəmiyyətdəki şeylər, vaqiələr, proseslər, hadisələr nəzərdə tutulur. Müəyyən ümumiliklə birləşmiş olan başqa, daha ümumi bir qrupa nisbətən götürülən bütöv bir qrup şeylər, hadisələr də təkcə kimi çıxış edə bilər. Ən ümumi və təkcə kateqoriyaları ilə yanaşı olaraq elm xüsusi anlayışını da yaratmışdır ki, bu da təkcə ilə ən ümumi arasında sanki bağlayıcı bir halqadır. Xüsusi, təkcəyə nisbətən, ən ümumidir, ən ümumiyə nisbətən isə təkcədir. Məsələn, buğda təkcədir, taxıl xüsusidir, bitki ən ümumidir. Xüsusi olmaq etibarilə taxıl buğdaya nisbətən ən ümumidir və bitkiyə nisbətən təkcədir.
Ən ümumi və onun təkcəyə münasibəti müxtəlif fəlsəfi cərəyanlar tərəfindən müxtəlif surətdə izah olunur. Obyektiv idealizm ən ümumini mütləqləşdirib deyir: ən ümumi təkcədən qabaqdır və onu yaradır. Məsələn, Hegel yazırdı: «Ən ümumi, təkcənin əsası və zəminidir, kökü və substansiyasıdır». Hegelə görə, ümumiyyətlə meyvə və ümumiyyətlə mineral təkcə meyvələrdən və mineralardan asılı olmayaraq və onlardan qabaq mövcuddur.
Bəzi filosoflar isə, bunun əksinə olaraq, ən ümuminin obyektivliyini inkar edir və yalnız təkcənin real mövcud olduğunu qəbul edirdilər. Ən ümumi düşünən insanın fəaliyyət nəticəsi kimi götü­rülür. Məsələn, C.Lokk yazırdı: «Ümumi və universal—şeylərin ger­çək mövcudluğuna daxil deyildir, bunu zəka özü işlətmək üçün ixtira edib yaratmışdır və bu ancaq işarələrə, sözlərə və ya ideyalara aiddir». Ən ümumi həqiqətdə mövcud olmayanı və heç bir zaman baş verməyəni ifadə edir. Bu nöqteyi– nəzəri fenomenalistlər və pozitivistlər irəli sürürdülər.
İstər obyektiv idealizm, istərsə də fenomenalizm və pozitivizm ən ümumini təkcədən metafizikcəsinə ayırır ki, bu da ya ən ümu­minin yaradıcılıq gücü və qüdrəti haqqında mistik bir təsəvvürə, ya da ən ümumini (o cümlədən təbiət və cəmiyyətin qaunauyğun­luq­la­rını da) insan şüurunun yaradıcılıq nəticəsi kimi götürən subyektiv idealizm baxışına gətirib çıxarır.
Dialektik təlimlər isə istər təkcənin, istərsə də ən ümuminin obyektivliyini qəbul etməyə əsaslanır, həm də onlar real surətdə ancaq bir– birilə qırılmaz əlaqədə mövcuddur.
Konkret misallarla yuxarıda danışdığımız kateqoriyaları bir də belə müəyyənləşdirə bilərik. Ən ümumi bütövlükdə dünyadır, yə­ni kosmos, təbiət, insan və onun fəaliyyətinin nəticələridir; təkcə– ayrıca götürülmüş insan, heyvan, bitkidir; xüsusi– heyvanların, bit­kilərin, sosial siniflərin və adamlar qrupunun müxtəlif nümayən­də­ləridir.
Yuxarıda dediklərimizi nəzərə almaqla insanın varlıq for­malarını aşağıdakı kimi göstərmək olar.
– maddi hadisələrin, şeylərin, proseslərin varlığı. Bunları da, öz növbəsində, müxtəlif rəngarəngliyi ilə təbii varlığa və insanın yaratdığı maddi varlığa bölmək olar.
– insanın maddi varlığının rahat təhlili üçün insanın təbiətin bir hissəsi kimi cismani mövcudluğuna və insanın düşünən varlıq ki­mi, eyni zamanda sosial-tarixi varlıq kimi, iki hissəyə bölmək olar.
– mənəvi varlıq isə fərdləşmiş mənəvilik ilə ümümbəşəri mənəviliyi özündə birləşdirir.
Bizim indi təhlilə cəlb etdiyimiz varlıq növlərindən başqa sosial varlıq, yaxud cəmiyyətin varlığı növləri də vardır ki, buna da biz cəmiyyət haqqında təlimi təhlil edərkən yenidən qayıdacağıq.
Təbii varlığı izah etməyə keçməzdən əvvəl qeyd etməliyik ki, varlığın birinci və vacib forması olan təbii varlıq haqqında olan insan biliyi insanın praktiki və əqli fəaliyyətinin bütün təcrübəsinə, mədəni bəşəriyyətin bütün mövcudluğu dövründə tətbiqi və nəzəri elmlərin toplanmış, ümumiləşdirilmiş çoxsaylı faktlarına və arqu­mentlərinə əsaslanır. Bütün əldə edilən nəticələr isə müasir elm tərə­findən təsdiq edilir. Təbii (təbiət) varlıq maddiləşmiş, daha dəqiq desək, təbiətin görünən, hiss edilən, toxunulan, və s. vəziyyətidir ki, bu da insandan əvvəl mövcud olmuş, indi mövcuddur və gələcəkdə də mövcud olacaqdır. Bu varlıq formasının ən səciyyəvi xüsusiyyəti onun obyektivliyi və digər varlıq formalarına nisbətən birinciliyidir. Təbiətin obyektivliyi və ilkinliyi (birinciliyi) xarakteri onunla sübut olunur ki, təbiət insanın təzahüründən milyardlarla il əvvəl yaranıb, mövcud olmuşdur. Deməli, onun mövcudluğu insan şüurunun möv­cud olub– olmamasından asılı deyildir. Bundan əlavə, məlum ol­duğu kimi, insanın özü müəyyən inkişaf mərhələlərində onun özü­nün məhsuludur. Təbii varlığın mühüm keyfiyyətlərinin sübutu kimi onu da göstərə bilərik ki, min illər bundan əvvəl olduğu kimi, insan indi də onun mövcudluğunun əsas parametrləri ilə yenə də təbiət­dən, təbiət hadisələrindən asılı olaraq qalmaqdadır. Bununla yana­şı, təbiətin obyektivliyi və birinciliyi bir daha o faktlarla sübut olunur ki, insanın əqli və fiziki vəziyyəti təbii şəraitdən asılıdır. Əgər təbiətdə o qədər mühüm olmayan dəyişikliklər baş verərsə, məsələn, yerdə orta temperaturun bir neçə dərəcə aşağı salınması, havada oksigenin azaldılması birdən– birə 100 milyonlarla adamın yaşa­masını çətinləşdirər. Yaxud daha güclü təbii kataliklizmlər baş ve­rərsə, məsələn, planetimizin iri kometa və ya digər kosmik cisimlərlə toqquşması bütün bəşəriyyətin varlığını güclü təhlükə altına qoya bilər. Nəhayət, təbii, daha dəqiq desək, kosmik varlığın başqa bir keyfiyyəti haqqında danışmamaq qeyri– mümkündür. Məlum oldu­ğu kimi, bəşəriyyət özünün mövcudluğu prosesində addım– addım, özü də dəhşətli dərəcədə çətinliklərlə təbii aləmin sirlərinə yiyələnə bilmişdir. Bu gün də, yəni XXI əsrin əvvəllərində insanı əhatə edən dünyanın səbəb– nəticə əlaqələrini izah edən qanunların kəşf edil­məsinə, insan əqlinin yaratdığı mükəmməl alət və cihazların əldə edilməsinə baxmayaraq yenə də dünya sirrlərlə dolu olaraq qalmaq­dadır. İnsan intellektinin hələ də qavrayacağı problemlərin sayı– hesabı, demək olar ki, yoxdur. Deməli, özünün birinciliyi və ob­yek­tivliyinə görə və yaxud universum bütövlükdə insan intellekti, fikri tərəfindən tam şəkildə qavranıla bilməyəcəkdir.
İnsanın yaratdığı, bəzən də «ikinci təbiət» adlandırdığı maddi varlığa gəldikdə isə adamlar tərəfindən gündəlik həyatımızda yara­dılmış predmet– şeylər dünyasından başqa bir şey deyildir.
«İkinci təbiət», yaxud «ikinci varlıq» adamların fərdi və xü­susi tələbatlarını ödəməyə xidmət edən şeylər dünyası, predmet– məi­şət və istehsaldır. Qəribə görünsə də deməliyik ki, bu şeylər, yəni varlıq bir dəfə insanlar tərəfindən yaradılır, sonralar isə insandan asılı olmayaraq öz mövcudluğunu davam etdirir. Bu isə minillər de­məkdir. Məsələn, əmək alətləri, hərəkət vasitələri ayrı– ayrı adam­la­rın məişətdə işlətdiyi şeylərə nisbətən daha tez dəyişilir və təkmil­ləşir.
Birinci və ikinci təbiət arasındakı qarşılıqlı münasibətlərdə həl­­ledici rol birinciyə məxsusdur, çünki onun iştirakı olmadan «ikin­ci təbiətin» yaradılması, həm də mövcudluğu qeyri– müm­kün­dür. Bununla yanaşı, son yüz ildə daha çox diqqəti cəlb edən bu olub ki, «ikinci təbiət» birincini lokal dağıtmaq qabiliyyətini əldə etmişdir və müasir dövrdə özünü «ekoloji böhran» kimi təqdim et­məkdədir. Bu isə insanın sosial cəhətdən nəzarətsiz və nəticəsini dü­şünmədən həyata keçirdiyi əməllərinin və fəaliyyətinin qanunauy­ğun yekunu hesab oluna bilər. Əlbəttə «İkinci təbiət» kosmik ölçüdə nəzərdə tutulan birinci təbiəti qətiyyən dağıda bilməz. Lakin pla­ne­ti­miz səviyyəsində mövcud olan varlıq məhvedici təsir göstərə bilər.
Fikrimizi ümumiləşdirib yekun vursaq deyə bilərik ki, birinci təbiət əbədidir. Onsuz dünyanın mövcudluğunu təsəvvür etmək ol­maz. Bu sistemdə insan keçici hadisədir. İnsanın öz mövcudluğunu təmin etməkdən ötrü yaratdığı, əsasında birinci təbiət durduğu «ikinci təbiət» ayrı– ayrı adamlara münasibətdə əbədi hesab olunsa da, kosmik zaman baxımından müvəqqəti sayılır və tamamilə insanın məkan– zaman varlığından asılı olur.
Bizi əhatə edən aləmdə ən xırda «elementar» hissəciklərdən başlayaraq nəhəng planetlərə və ulduz sistemlərinədək hər şey, dəyişir. canlı orqanizmlərdə daim maddələr mübadiləsi əmələ gəlir, həmin orqanizmlər onları əhatə edən mühitin təsirinə cavab verirlər. Yer öz oxu ətrafında fırlanır və Günəşin ətrafında hərəkət edir. Günəş və onun ətrafında hərəkət edən bütün planetlərlə birlikdə kainatda hərəkət edir. Hər bir cisimdə onu təşkil edən atomlar daim hərəkətdədir. Deməli, hərəkət varlığın (materiyanın) təsadüfi vəziy­yəti olmayıb, onun ayrılmaz, ən ümumi, əbədi xassəsidir, onun mövcudluq üsuludur, onun atributudur. Şeylərin mövcudluğu on­ların məhz özlərinə xas olan hərəkətinin nəticəsidir. Günəş sistemi məhz ona görə spesifik maddi obyektdir ki, onu təşkil edən bütün planetlər onların hər birinə xas olan müəyyən bir hərəkətə malikdir.
Hərəkətsiz materiya yoxdur və ola da bilməz. Materiya hərə­kətdən ayrılmazdır. Başqa sözlə desək, hərəkət– materiyanın əbədi formasıdır. Hərəkət dedikdə cisimlərin ancaq məkanca, mexaniki yerdəyişməsini deyil, ümumiyyətlə, hər cür dəyişikliyi nəzərdə tutur.
Dialektik fəlsəfədə 5 hərəkət formasından söhbət gedir. Bun­lardan birincisi, mexaniki hərəkət formasıdır, cisimlərin bir– birinə nisbətən məkanca yerdəyişməsidir. İkincisi, fizika tərəfindən öyrəni­lən elektromaqnit prosesləri, o cümlədən habelə işıq hadisələri kimi hərəkət formaları qrupudur, qarşılıqlı cazibə təsirləridir, atom daxilində və nüvə daxilində olan proseslərin və hissəciklərin çevril­məsidir. Üçüncüsü, kimyəvi hərəkət formasıdır (kimyəvi proses­lər­dir). Dördüncüsü, bioloji hərəkət formasıdır (üzvi həyatdır). Be­şin­ci­si, ictimai hərəkət formasıdır (ictimai proseslərdir, bəşər cəmiy­yəti­nin tarixidir).
Materiyanın varlıq formalarından olan məkan və zamanın özünəməxsus yeri vardır.
Biz hər hansı bir obyekti götürsək, o, həmişə bu və ya başqa ölçüyə malikdir, o, ya uzundur, ya qısa, ya enlidir, ya ensiz, ya ucadır, ya alçaq. Uzunluq, en və hündürlük ölçüsü olmayan, bu və ya başqa həcmə malik olmayan bir şey mövcud deyildir. Bizi əhatə edən aləmdəki şeylərin hər biri başqa şeylər içərisindədir, bu və ya başqa yerdədir– bəzilərinə yaxındır, bəzilərinə uzaqdır; bəzilərindən sağadır; bəzilərindən soladır; bəzilərindən yüksəkdir; bəzilərindən aşağıdadır və s. cisimlər ölçüyə malikdir, bu və ya başqa bir yerdədir, bir– birinə nisbətən bu və ya başqa bir cür yerləşmişdir, bu və ya başqa bir xarici formaya malikdir– bunların hamısı belə bir faktı ifadə edir ki, cisimlər məkan daxilində mövcuddur. Beləliklə, məkan– hərəkətdə olan materiyanın mövcudluğunun obyektiv real formsıdır. Məkan anlayışı şeylərin yanaşı mövcudluğunu və bir– birindən aralı olmasını, onların ölçüsünü, onların bir– birinə nisbətən yerləşməsini ifadə edir. Maddi proseslər nəinki məkanca müxtəlif yerlərdə, habelə biri digərindən tez və ya gec baş verir. Proseslər bir– birindən yalnız nə zaman başlanması ilə deyil, habelə nə qədər davam etməsilə də fərqlənir. Maddi proseslərin müəyyən ardıcıllıqla (biri digərindən tez və ya gec) baş verməsi, proseslərin sürəklik etibarilə fərqlənməsi və bir– birindən fərqli fazalara və ya mərhələlərə malik olması,– bütün bunlar o faktı ifadə edir ki, cisimlər zaman daxilində mövcuddur. Beləliklə, zaman– hərəkətdə olan materiyanın mövcudluğunun real formasıdır. Maddi proseslərin başvermə ardıcıllığı, onların müxtəlif mərhələlərinin aralılığı, on­ların sürəkliyi, onların inkişafı materiyanın həmin mövcudluq formasında ifadə olunur. Təsadüfi deyildir ki, köhnə dərsliklərdə göstərilir: «dünyada hərəkətdə olan materiyadan başqa heç bir şey yoxdur və hərəkətdə olan materiya ancaq məkan və zaman daxilində hərəkət edə bilər». Məkan və zaman bir sıra ümumi xas­sələrə malik olsalar da, bununla bərabər həm də bir– birindən xeyli fərqlidir. Ümumi cəhət, birincisi, budur ki, onlar obyektivdir, şüurdan xaricdə və ondan asılı olmayaraq mövcuddur. İkincisi, ma­teriya əbədi mövcud olduğuna görə, məkan və zaman da əbədidir. Onlar həmişə olmuşlar, vardır və olacaqdır, zira materiya başqa cür deyil, ancaq məkan və zaman hüdudsuz və sonsuzdur. Məkan və zamanın fərqindən danışsaq, F.Engelsin qeyd etdiyi kimi, məkan daxilində olmaq– «birinin o biri ilə yanaşı yerləşməsi formasında» mövcud olmaq deməkdir, halbuki zaman daxilində olmaq– «birini o birindən» sonra «ardıcıllığı formasında» mövcud olmaq demək­dir. Məkanın çox ölçüsü var, zamanın bir ölçüsü var. Zaman geri dönməz, zaman bu cəhətdən də məkandan mahiyyətcə fərqlənir.
Zaman-olduqca geniş həcmə malik olan kateqoriyadır və çoxlu-çoxlu tətbiqi aspektlərə malikdir. Ona görə də zamanı xarakterizə etməkdən ötəri bir sıra anlayışlar irəli sürülmüşdür ki, onlar da öz növbəsində onun müxtəlif aspektlərini izah edirlər. Bu sivilizasiya və qloballaşma problemlərini nəzərdən keçirilərkən daha çox nəzərə alınmalıdır.
Fiziki (obyekti), sosial, subyektiv, bioloji, mifoloji (mifik), sakral, «ox», xətti, nisbi, dünya və s. zaman növləri vardır.
Bu anlayışlar içərisində itib batmamaqdan ötəri onları bir az ətraflı surətdə nəzərdən keçirək.
1. Fiziki və yaxud empirik zaman. Fəlsəfədə fiziki zaman obyektiv zaman kimi qəbul edilmişdir. O fiziki aləmdə baş verən prosesləri qeyd etmək üçün nəzərdə tutulmuşdur. Lakin bu o qədərdə asan və sadə deyildir. Prosesləri qeydə almaqdan ötəri efemer zaman vahidi götürülmüşdür. Efemer saniyə 1920-ci ilin 0 yanvarında saat 12-də müəyyən edilmiş tropik ilin 1/31556925,9747 hissəsinə bərbərdir. Efemer zaman-cari zamana bərabərdir. Səma cisimlərini vaxt tənliyinin dəyişilməsindən asılı olmayaraq o öz bərabərliyini saxlayır. Mikrodünyanın öyrənilməsi vaxtı zaman kəsiyini daha dəqiq müəyyənləşdirməyə zərurət yaranmışdır. Nəticədə atom saniyəsi yarandı.
Beynəlxalq zaman bürosu 20-ci ildə Fransada yaranmışdır. Büro dəqiq vaxtın müəyyənləşdirilməsi, qorunması və yayılması ilə məşğul olmuşdur. XX əsrdə fizikada yaranmış görünməmiş irələyiş zaman anlayışını çox ölçülü məkanın və nisbi zamanın kordinatlarından biri kimi elmi dövriyyəyə gətirilmişdir.
2. Bizim çoxt vaxt istifadə etdiyimiz zamanın adı ümumdünya (vaxtı) yer kürəsinin öz oxu ətrafında fırlanması ilə əlaqədar müəyyənləşdirilmişdir və ona görə də qeyri-bərabərdir. Bu başlanğıc meridianın orta günəş vaxtıdır. Başlanğıc meridian Qrinviç observatoriyasının meridianı qəbul edilir.
3. Subyektiv zaman. İnsanların dərk etməsilə əlaqədardır və perseptual, eləcə də konseptual zamana bölünür.
4. Hər bir canlı orqanizmin bioloji zamanı fiziki zamandan fərqlənir. Əgər insanın daxili zamanı fiziki zamana nisbətən ləng hərəkət edirsə, o daha çox iş görə bilir, az yorulur və obyektiv zaman mövqeyindən gec qocalır. Əksinə də mümkündür. Fiziki zamandan fərqli olaraq bioloji zaman yalnız bir istiqamətdə hərəkət edir və ona görə də anizatropdur . Anizotrop olduğuna görə bioloji zaman zaman axını digər istiqamətdə olan digər ağıllı varlıqlarla ünsiyyətə girə bilmirik.
5. Sosial zaman. Kollektiv perseptual zaman olub sosial həyatın prosessuallığının dərk edilməsidir. İnsanın mövcudluğunun ölçüsü haqqında təsəvvürləri ifadə edən sosial zamanın bərqərar olması ona gətirib çıxarmışdır ki, «adi» zaman sübhdən qüruba qədər müəyyənləşdirmək zərurətini doğurmuşdur. Sonra təbii tsikllə bağlı olan təqvim ideyası meydana çıxmışdır. Bu çobanlarda ay sistemi, əkinçilərdə isə günəş sisteminin qəbul edilməsinə gətirib çıxarmışdır. Qədim Yunanıstanda su saatlarının (klepsidrı) ixtirası zaman haqqında təsəvvürlərdə təbiətdəki tsikllərə nisbətdə avtoxton olması ideyasına gətirib çıxarmışdır. Bu isə aqrar praktikanın madərşah dövründən şəhər sivilizasiyasının ata dövrünə keçidi şərtləndirmiş və bir mənalı olaraq anizatrop xətti dominanta üstünlük vermişdir.
Sosial zaman daha mürəkkəb tsikllərin yaranmasına, (məsələn 60 ilin və «bizim hərəkət dövrümüz» (diamed)) gətirib çıxarmışdır. Bu isə «dünyanın yaranmasından bu günə», «Romanın yaranmasından bu günə, Xristosun doğum günündən» və s. tarixi hesablanmaların əsasını qoymuşdur.
Orta əsr mədəniyyətində bizim başa düşdüyümüz, zaman anlayışı olmamışdır. O zaman aksioloji nöqteyi nəzərdən qeyri bərabər əhəmiyyətli müvəqqəti zaman yığımı kimi özünü göstərmişdir . Ancaq XVII-XVIII əsrlərdə ölüm kimi müvəqqətilik anlayışları meydana çıxmışdır. XX əsrin 2-ci yarısında zaman inkişaf edən sistemlərin parametri kimi qəbul edilmişdir. Sosial zamanın həcmi hadisələr bolluğu dərəcəsindən asılı olur.
6. Mifoloji zaman. Bu ilk predmetlər, ilk əmələr və ilk yara­dı­cılıq zamanıdır bu arxetipik obrazların və lakin ruhani qüvələrin mənbəyidir ki, həmin mənbələr təbiətdə qoyulmuş qaydaları qoru­yub saxlayır. O simvolik hadisələrin ardıcıllığını əks etdirir. Həmin hadisələr fiziki zamanda ya yoxdur, yaxudda başqa cür, başqa qaydada özlərini göstərirlər.
A.F.Losev «Antik tarix fəlsəfəsi» adlı kitabında mifoloji za­manın geniş xarakteristikasını vermişdir. Burada sivilizasiya proses­ləri üçün mühüm hesab etdiyimiz mifoloji zamanın bəzi xüsusiy­yətlərini (A.F.Losevin şərhində) göstərsək yerinə düşər.
1) Şeylərlə ayrılmazlıq, hətta onlara tabeçilik, çünki zaman özüdə ümumiləşdirilmiş–anlayışdır, deməli o da canlı varlıqdır.
6) Mifoloji zaman hər şeyin hər şeydə olması irinsipini nəzərdə tutur.
8) Zaman axınında səbəb və nəticənin ayrılmazlığı; çünki mifologiyada zaman axının özü özülüyündə bölünməz bütövlükdür, o özü üçün həm səbəb, həm də məqsəddir.
9) Şəxsiyyət hissi qətiyyən yoxdur yaxud da daha dəqiq desək, onun bütövünü heç bir spesifikliyə malik olmayan fərqlənən bir hissəsi kimi başa düşülməsi.
Mifoloji zaman yaradıcılıq miflərində əks olunan sakral zamana, hadisələrin sakral zaman prossesi sayılan profan zamana bölünür. Bu zamanla həmçinin yuxu görmə zamanı əlaqədardır. Mifoloji zaman keçmişə «qızıl əsrə» və yaxud da xaos əsrinə üz tutur. Mifoloji zamana daimi olaraq tisiklik zaman qayıtmalı olur, çünki burada geriya deqradasiya ideyası hökm sürür. «Başlanğıc» ideyasından köklü sürətdə fərqlənir.
Tsiklin təmin edilməsi üçün korreksiyanı həyata keçirmək lazımdır, daha dəqiq desək, müəyyən işləri görmək, dünyanı çıxış nöqtəsinə qaytarmaq lazımdır.
Məsələn, getməkdə olan və eləcə də gəlməkdə olan illərin qovuşuğu gərgin sokral məqamdır ki, bu da dünyanın sonu təh­lükəsi və xaosun başlanması hədələri ilə səciyyələnir. Sakral zaman təhlükəni sovuşdurmaqdan ötəri, daha dəqiq desək müvəqqəti zaman boşluğunu aradan qaldırmaqdan ötəri dünyanın dirçəlişi və yaxud yenidən yaradılması kimi magik ritualı yerinə yetirmək lazımdır. Deməli, yaradıcılıq aktını yenidən təkrar etmək zəruridir. Bu, mənada ritual Milad gününün başlanması və yeni ilin bayram edilməsi ilə başa çatmalıdır. Təqvim bayramlarının sakral günləri kosmoloji rekonstruksiyanı göstərir və mifin keçmiş zamanla indiki yaradılış mif dövrü ilə və yaxud İsanın həyatı ilə əlaqənin yara­dılmasına şərait yaradır
Bu cür sakral zaman qaydasının ritmikliyinin pozulması var­lığın sonu əlaməti kimi özünü göstərir. Ona görədə zamana nəzarət kahinlərin və yaxud din xadimlərinin mühüm funksiyası olmuşdur.
7) «Ox» zamanı ideyalar sahəsində və onların institusional əsaslarında baş verən prosesdir ki, bu da bizim eradan əvvəl 800-200 –ci illər arasında baş vermişdir. Bu dövr bir sıra sivilizasiyaları o cümlədən Qədim İsrail, Qədim Yunanıstan, Zərdüşt İranı, Çin, Hindistan və s-ni əhatə edir. Tarixdə kəskin çevrilişlər baş vermiş­dir. Yeni tipli insanlar peyda olmuşdur. Çində, Konfutsi, Lao-tozı yaşamış, İranda Zərdüşt öz təlimini yaymış, Fələstində İliya, İsiyya, İyeremiya kimi peyğəmbərlər fəaliyyət göstərmiş, Yunanıstanda Heraklit, Sokrat, Aristotel kimi filosoflar fəlsəfəni inkişaf etdir­mişlər. Bu hadisələr təqribən eyni zamanda bir-birindən asılı olma­yaraq baş vermişdir. K.Yaspers bu zamanı «Ox» dövrü adlan­dır­mışdır. Bu oxu insanı insan edən yerdə axtarmaq lazımdır. Həmin dövrdə bizim bu gündə işlətdiyimiz əsas kateqoriyalar işlənib ha­zır­lanmışdır. Bu gündə insanların həyatını müəyyən edən dünya dinlərinin əsası qoyulmuşdur. Bütün istiqamətlərdə universallığa keçid baş vermişdir.
Bu dövrə qədər dünyadan kənar qaydalardan başqa «dünya» kimi təsəvvür edilirdi. Bu ruhlar və ölülərin sakin olduğu dünyası kimi yerdəki həyatın davamı kimi başa düşülürdü. Bu dünya mifoloji zamanla sıx əlaqədə olmuşdu. Mifoloji zamanda keçmiş, in­di və gələcək arasında əlaqə çox zəif ifadə olunmuşdur. «Ox döv­rünün» yaranmış sivilizasiyalarında dünya və qeyri-dünya qaydala­rının dəqiq ayrılması yüksək transendent, mənəvi və yaxud meta­fizik qaydada bu və qeyri reallıqları hüdudlarından kənarda yerlə­şən nə varsa onun formulə edilməsi ilə müşaiyət olunmuşdur.
«Ox dövründə» nə olmuşdursa, xüsusilə, Babilistan, Misir, Hindistan və Çinin ilk sivilizasiyalara «mürgü vuran», hələ də tam şəkildə ayılmayan (Yaspers) kimi qəbul edilir. Dünya tarixi struktur və vahidlik əldə etmişdir.
8. «Ox dövrü» ilə əlaqədar baş verən inqilab xətti zamanın təzahürünə gətirib çıxarmışdır. Qərb sivilizasiyası xətti zamanı İu­deya sivilizasiyasında, İsrailin «Əhdi-ətiqindən» götürmüşdür. Za­manın xətti hesabı arxaik və aqrar sivilizasiyalara xas olan tsiklik zamana nisbətdə irəliyə doğru böyük bir çevriliş hesab olunur.
Xətti zaman V əsrdə baş nöqtədə ikiyə bölündü. Allahın təcəs­sümü Deni Malıy xristian xronologiyasının əsasını qoymuşdur. Za­manın hesabı həm müsbət, həm də mənfi əlamətlə Milad günündən başlandı. Hər şey, hər bir hadisə İsaya qədər və İsadan sonra kimi verilirdi. Bu bu prinsipcə olduqca vacib idi. İsadan sonra yaşayan­ların taleyi kardinal surətdə dəyişdi. Onlarda xilas üçün şans meydana gəldi. İsaya qədərki bütpərəstlərdən fərqli olaraq (onlarda xilas olunmağa heç bir şans olmamışdır) xristianların keçmiş və gələcək haqqında təsəvvürləri mükəmməl bir vəziyyətə düşdü. Lakin xristian xronologiyası üçün nəzərdə tutulmuş xətti zaman dünyəvi həyatda da geniş yayılmağa başlandı. Xətti tarixin yaranmasına imkan yarandı. Hadisələrin xətti inkişafının öyrənilməsi və müşa­hidə olunması imkanları artdı. Dövlətə və sivilizasiyaya inkişaf edən sistemlər və proqnozlaşdırılmış hadisələr kimi baxılmağa imkan əldə edildi.
Qeyd etmək lazımdır ki, təbii varlıq çərçivəsində unikal və spesifikliyinə görə insan varlığını ayırmaq lazımdır. İnsan bütöv, tam kimi, fiziki, təbii və mənəviliyin vəhdətini ifadə edir. Həm də təbiilik insanın mövcudluğunun ilkin şərti hesab olunur. Lakin insanın daxili mənəvi– psixoloji strukturu tamlığı ilə normal fəallığa malik olmazsa o, mükəmməl deyildir və elə bir vaxt gələ bilər ki, o, hətta təbii varlıq olmaqdan «çıxa bilər». Heç bir başqa şey yaxud təbii varlığın cisimləri belə xüsusiyyətlərə malik deyildir.
İnsana digər xüsusiyyətlər də xasdır. Məlum olduğu kimi, sağlam, normal fəaliyyət göstərən bədən əqli fəaliyyətin, sağlam ruhun zəruri şərtidir. Bu barədə xalq arasında belə deyirlər: «sağlam bədəndə sağlam da ruh olar». Lakin ruh özü də insan bədəninin fəaliyyətinə pozitiv təsir göstərə bilər. Bunun üçün tarixdən istənilən qədər nümunə gətirmək olar.
İnsanın bir xüsusiyyəti də birinci və ikinci təbiətin spesifik cəhətlərinin əlaqələndirilməsi ilə təzahür edir. Birinci təbiətlə hər şey aydındır, ikinci təbiətlə əlaqədar onda fikirlər və emosiyalar yaranır ki, nəticədə insan ayrıca fikirləşə bilən bir varlıq kimi çıxış edir. Bütün bunlarla yanaşı, insan varlığının fərdiləşmiş mənəvi varlığı ilə ümumbəşəri mənəvi varlıq formalarını xatırlamaq yerinə düşərdi. Mənəvilik anlayışı altında onun bütün mahiyyəti əhatə edilməsi də, insanın fəaliyyətində şüurluluq və təhtəlşüurluluq, mənəviyyat, bədii yaradıcılıq, bilik və s. konkret simvollarda maddiləşir. Fərdiləşmiş mənəvi varlıq, hər şeydən əvvəl, fərdin şüuru, yaxud təhtəlşüur elementləri də daxil edən dərk edilmiş fəaliyyətdir. Belə mənəvi varlıq forması mövcuddur və onu qısa şəkildə olsa da səciyyələn­dirmək vacibdir. Fərdi insan şüuru– hər şeydən əvvəl, baş verən proseslərə olan reaksiya kimi başa düşülməlidir. Şüurun daşıyıcısı insan olduğundan konkret şüur hadisəsi ayrı– ayrı adamların həyat və ölümü ilə yaranır və yox olur. Şüurun fəaliyyəti bədənsiz, fərdin beyin fəaliyyəti və əsəb sistemi olmadan mümkün deyilsə də, onu bütünlükdə yuxarıdakılara aid etmək olmaz. Şüurun fraqmentləri, şübhəsiz insan beyninin müəyyən sahələrində formalaşır. Lakin onlar daimi «qeydiyyat yerinə» malik olmur, hər şeydən əvvəl onlar məkansızdır, şüurun fəaliyyəti prosesində yaranan fikirlər isə ideal qurumlar, yaxud da fərdiləşmiş mənəvi varlıqdır. Şüurun zəruri və tərkib elementi kimi təhtəlşüur, yaxud da dərk edilmiş şüur çıxış edir. Şüurun formalaşmasını sadə formada aşağıdakı kimi təsəvvür etmək olar: 1) hadisələri və prosesləri anlamaq və dərk etmək cəhdi; 2) anlamanın (dərk edilməsi prosesinin) özü 3) nəhayət, bu prosesin başa çatması və fikir yaxud ideyalar növündə nəticənin alınması; Təhtəlşüur bu prosesdə ikinci mərhələdə iştirak edir.
Fərdiləşmiş mənəvi varlıq müəyyən dərəcədə (o qədər əhə­miyyətli olmasa da) ən ümumi varlığın təkamülü ilə əlaqədardır. Bu, varlığın nisbi müstəqil formasıdır. Ümumiyyətlə, o mövcuddur və özünü bildirir. Digər formada olan ümumbəşəri mənəvi varlıq, öz növbəsində, nisbətən müstəqil varlıq olsa da, fərdi insan şüuru olmadan mövcud ola bilməz. Ona görə də bu varlıq formalarını vəhdətdə götürüb nəzərdən keçirmək lazımdır.
Ümumbəşəri mənəvi varlığın predmet– şey təzahürü rolunda ədəbiyyat, incəsənət əsərləri, istehsal– texniki predmetlər, əxlaqi prin­siplər, ictimai həyatın dövlət və siyasi quruluşu haqqında ide­yalar və s. çıxış edir. Mənəvi varlığın bu forması praktiki olaraq əbədidir, həqiqidir, insan nəslinin mövcudluğu ilə determinə edil­mişdir.
Fərdiləşmiş mənəvi varlıq və ümumbəşəri varlıq süni şəkildə yaradılmış olsa da, onlarsız bəşəriyyətin mövcudluğu qeyri–mümkündür.


Tarix: 09.12.2014 / 13:52 Müəllif: Aziza Baxılıb: 351 Bölmə: Fəlsəfə