beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İctimai tərəqqi anlayışı

Tərəqqi – bəşər cəmiyyətinin irəliyə doğru tarixi inkişafının zəruri istiqaməti, meylidir. Bəşəriyyət aşağı mərhələlərdən yüksəklərə döğru inkişaf etdikcə daha da yetkinləşir, tərəqqi edir.
Dialektik sosial fəlsəfədə ictimai tərəqqi bə onun meyarı haqqında tarixə münasibət baxışlardır: bəşər tarixi daimi irəliləyən obyektiv, təbii-tarixi, qanunauyğun prosesdir, cəmiyyətin inkişafı gedişində istehsala olan tələbat məhsuldar qüvvələri daim təkmilləşdirir, yeniləşdirir. ictimai tərəqqiİctimai tərəqqinin nüvəsini, onun ən yüksək meyarını məhsuldar qüvvələrin, xüsusilə onun subyekti olan insanın inkişafı səviyyəsi təşkil edir. Deməli, ictimai tərəqqinin həqiqi meyarı məhz istehsal üsulu özüdür. B.Plexanov maddi istehsalı sosial tərəqqinin əsas meyarı hesab etsə də «çoxamilliyə» daha üstünlük verirdi. Maddi amil aparıcı olsa da, yeganə deyildir. Burada coğrafi mühitdən başlanan çoxlu amillərin qarşılıqlı təsiri nəzərə alınmalıdır(mədəni-texniki tərəqqi, şəxsiyyət azadlığı, əqli yetkinlik, mənəvi saflıq və s.) qarşılıqlı təsiri nəzərə alınmalıdır. İctimai tərəqqinin mərhələləri problemi də müasir sosial fəlsəfədə və sosialogiyada mübahisəli həll olunur.
İngilis tarixçisi A.Toynbi «Tarixi tədqiqatlar» əsərində tarixi prosesin vəhdəti, bəşəriyyətin tarixinin təbii-qanunauyğun proses olması anlayışlarını rədd edərək qeyd edir ki, tarixi proses müxtəlif mədəniyyətlərin yaranması, inkişafı və məhv olmasından ibarətdir. O, müxtəlif sivilizasiyalara əsasən tarixi 8 mədəniyyət mərhələsinə bölürdü: Hind, Çin, Yaponiya-Koreya, Uzaq Şərq, Ərab, Vizantiya, Rus, Qərbi Avropa.
O.Şpenqler isə «Avropanın süqutu» əsərində tarixi inkişafın təbii-tarix obyektiv qanunauyğun prosesi ilə razılaşmayaraq deyirdi ki, cəmiyyət heç vaxt sehirli bir dairədən çıxa bilmir, burada daim üç mərhələ bir-birini əvəz edir: yaranma, tərəqqi, tənəzzül. ABŞ sosioloq-tarixçısi P.Sarokin isə qeyd edir ki, tarix həmişə köhnədir, daim öz-özünü təkrar edir. O, tarixi prosesi də bioloji varlıq kimi doğulma, gənclik, çiçəklənmə, qocalıq və ölüm mərhələlərinə ayırır. Amerikanın sosioloqu U.Rostou «Qeyri-kommunist» əsərində cəmiyyətin beş formasiya mərhələsinin bölünməsinin fikrinə qarşı çıxaraq tarixi prosesi beş mərhələyə bölür, mərhələlərin fərqini isə texniki təkmilləşmədə görür: ənənəvi cəmiyyət; böyük tərəqqiyə hazırlıq mərhələsi; böyük tərəqqi və ya yüksəliş mərhələsi (kapitalizmə keçıd); yetkinlik mərhələsi; ən yüksək kütləvi tələbat əsri.
Tarixi tərəqqi prosesində məhsuldar qüvvələrin inkişafı gedişində üç böyük inqilab olmuşdur:
a) cəmiyyətin mövcudluğunu təmin edən maddi istehsalın meydana gəlməsi və ya keçmişin «aqrar inqilabı»;
b) əl əməyindən maşınlı əməyə - texniki əməyə keçid və «sənaye inqilabı»;
v) maşınlı istehsaldan avtomatlaşmış istehsala keçıd və ETİ yaranması.


Tarix: 09.12.2014 / 13:35 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Fəlsəfə