beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünden Ayrıla Bilmeyeceksen!

Deyirsen,derd oldu bize eşqimiz,
Sarsıntı,üzüntü yetmezmi daha?
Ürekce ne qeder bir olsaq da biz,
Heyat yollarında ayrılmalıyıq.

Ayrılmaq! Söz asan,emel çetindir,
Sevmek! Bu ki,senin öz fitretindir.
Nece ayırasan odu ürekden,
İstini ateşden,etri çiçekden?..

Menim öz isteyim,menim öz kamım-
Senin öz isteyin,senin öz kamın.
Senin ad günündür menim bayramım,
Menim ad günümdür senin bayramın.
Biri-birimizçün doğulmuşuq biz
Birdir her eşqimiz,her isteyimiz.

Herdenbir darıxıb gezmeye çıxsan,
Ayağını öpen göy otlar menem.
Başını qaldırıb göylere baxsan,
Kövrelib qaralan buludlar menem.
Deme ki,yanımca ne herlenirsen?..
Mehverin başına gerek herlenem.
Bezen sebebsiz de kederlenirsen,
Sebebi axtarma,o sebeb menem!

Qelbin çox ucalır,çox qanadlanır,
Ona zirve menem,ona son menem.
Yata da bilmirsen uzun geceler,
Gözlerinden qaçan o yuxun menem..
Her kese tutmadın axı,ten meni,
Sen de bu dünyada menimçün teksen.
Sen qova bilersen evinden meni,
Qelbinden ki,qova bilmeyeceksen.
Senin her deqiqen her anın menem,
Axı adın menem,ünvanın menem.

Qapını üzüme bağlasan da sen,
Özünden ayrıla bilmeyeceksen..
Sen ki,sen deyilsen,
Sen de bil menem!
Yaşını çoxaldan,seni ucaldan,
Gün menem,
Ay menem,
Gülüm,il menem!


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 426 Bölmə: Bextiyar Vahabzadə