beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yədulla xan Bəydili

Həyatı
Yədulla xan Şamlı elinin Bəydili oymağındandır. Onların oymağı Zəncan vilayətinin Xərqan mahalında yerləşirdi. Atası Hüseynqulu xan hərbçi olduğundan Yədulla xan Tehran şəhərində dünyaya gəlmi.di. Babi-Hümayunda hərb məktəbində oxumuşdu. Rza şah pəhləviyə xidmət etmişdi. Əsləhədarbaşı kimi tanınırdı.

Qaradağda Əyyub xana qarşı vuruşmuşdu.

Yədulla xan Azərbaycan Milli hökumətinə qarşı vuruşmuşdu. Qulam Yəhya özxatirələrində yazır: "Ruznamələr onu da qeyd etmişdilər ki, müxbirlərlə söhbət etdiyim zaman telefon zəng çalır, dəstəyi götürürəm, Kərəc tərəfdən Əsləhəbaşı, Həsən Cahanbəxşi və Məhəmməd Hüseynxanın atlılarının bizim fədai postumuza basqın etmələri barədə məlumat verilir və mən göstəriş verirəm ki, fədailərimiz müqavimət etsinlər və işin gedişi haqda vaxtaşırı məlumat versinlər. Onlardan qüvvələrinin nə yerdə olmasını soruşuram, cavab verirlər qüvvəmiz çatar, tutulmuş əsirin ifadəsindən aydın olur ki, onlar şapqun vurmağa gəlmişlər, əgər gücləri çatmasa yenidən qayıdıb, sərhəddən o taya keçcəklər. Məndən sərhədi keçməsə, düşməni axıra qədər darmadağın etməsə icazə istəyirlər. Mən göstəriş verirəm ki, sərhədi keçmək olmaz.

Sərhəddin toxunulmazlığı haqda bizim müqaviləmiz var. Biz onu poza bilmərik. Mən özüm də gələ bilməsəm, mətanətinizi əldən verməyin. Düşmən öz əhdini pozub, sərhədi keçibsə də hər halda biz əhdimizi poza bilmərik. Bizim söhbətimizi qonaqlarımız da eşidirlər".


Tarix: 14.01.2015 / 17:28 Müəllif: Feriska Baxılıb: 93 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎