beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacılar oymağının Tanınmış nümayəndələri

Hacılar oymağının nümayəndələrindən bir çoxları Qizılbaşlar dövlətində önəmli rol oynamışlar. Bu oymağın adlı-sanlı oğullarından biri Keçəl Şahverdi bəydir. I Şah İsmayıl Səfəvinin hakimiyyəti dönəmində Astrabadın valisi olmuşdu. O, türkmənlərin Oxlu tayfası tərəfindən öldürülmüşdü.

Şahverdi bəyin İlyas bəy adlı oğlu vardı.

İlyas bəyi I Şah İsmayıl zarafatla "Keçəl bəy" adlandırırdı. 1502-ci ildə Fars əyaləti Ağqoyunlu dövlətindən qoparıldıqdan sonra şah buranı İlyas bəyə verdi və onu vali təyin etdi. Əyalətin Cöhrəm mahalı həmişəlik onun övladlarına mülk verildi.

İlyas bəy şah tərəfindən 1505-ci ildə öldürüldü.

İlyas bəyin İbrahim bəy adlı oğlu vardı. O, I Şah Təhmasibdən öncə sultan, sonra xan ünvanı almışdı.


Tarix: 14.01.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎