beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saleh xan Bayat

Həyatı
Nadir şah Əfşardan sonra onun qazandığı torpaqlarda ağır vəziyyət yarandı. Bu zaman İran dovlətinin taxttacına yiyələnən Adil şah dovran sururdu. Onun sarayının gorkəmli səxsiyyətlərindən biri, Xorasanın Bayat tayfalarından olan Saleh xandır.

O, 1747-ci ildə Fars ostanının valisi, eyni zamanda ordu komandiri təyin olunaraq oraya gondərilmisdir. Saleh xanın qardası Həsən xanın da sarayda boyuk nufuzu var idi. Saleh xan bu təyinatdan az bir muddət kecdikdən sonra Farsın hakimi vəzifəsindən məhrum edilmis, bu vəzifəyə Mirzə Əbulhəsən Şirazi təyin olunmusdur. Lakin iki aydan sonra Əbulhəsən xan xəstələndiyindən Saleh xan yenə də hər iki vəzifəni icra etməyə baslayır. Bu zaman İran torpaqları birinin əlindən digərinin əlinə kecirdi. Hakimiyyət bir muddət Mir Seyid Sahruxun əlində olarkən, Saleh xan Adil sahın tərəfdarı kimi Sirazdan surgun edilir, Xorasana gəlir.

Nadirin qardası oğlu İbrahim xan İranın mərkəz, qərb və simal yerlərini zəbt etdikdə Saleh xan onun muxalifi olduğu ucun Sirazdan cıxıb, Yəzd tərəfə getdi. Yalnız İbrahim sah Sahrux sahın ordusu tərəfindən məğlub edilərək olduruldukdən sonra Saleh xan oz tərəfdarları ilə Sirazı mudafiə edə bilməyən Fətəli xan Ərəşli-Avşara qalib gəldi və səhərə daxil oldu. O yenidən Farsın hakimi və qubernatoru vəzifəsini yerinə yetirməyə basladı.

Saleh xan 1754-cu ildə Kərim xan Zənd tərəfindən qətlə yetirilmisdir. Onun Sirazda gorduyu islərdən biri səhərdə tikdirdiyi istehkamdır ki, sonralar Kərim xan Zənd onu tamamlamısdır. Qacarlar sulaləsinin banisi Ağa Məhəmməd şah Qacar 1793-cu ildə Siraza gəldiyi zaman tapsırmısdı ki, butun burc və qala divarlarının ozulləri mohkəmləndirilsin.


Tarix: 13.01.2015 / 16:47 Müəllif: Feriska Baxılıb: 99 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎