Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkəli tayfası

Təkəlilər — qızılbaş tayfalarından biri.

Təkə-türkmən tayfasının bir qolu olan təkəlilər Cənubi Azərbaycanda və Kiçik Asiyada köçəri həyat sürürdülər.Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan təkəlilərin bir hissəsi sonralar mərkəzi hakimiyyətə qarşı çıxdığına görə 1596-cı ildə I Şah Abbas tərəfindən məhv edilmiş, qalanları isə Azərbaycanın müxtəlif yerlərinə yayılmışlar.

Təkəlilər tayfasının adı ilə səsləşən onomastik vahidlər bu gün də özünü qoruyub saxlamaqdadır. Azərbaycanın Bərdə rayonunda Türkmən, Gürcüstanın Borçalı bölgəsində Marneuli rayonunda Təkəli kəndi buna misal ola bilər.


Tarix: 13.01.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...