beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəlifə sultan Şamlı

Həyatı
Qərbdən Osmanlı imperiyasının hücumu və Xorasandakı qarışıqlıqlarla əlaqədar olaraq Səfəvilər dövlətinin düşmüş olduğu ağır vəziyyət Orta Asiya hökmdarlarını, xüsusilə də Übeydulla xanı yeni, fəal əməliyyat kaçməyə həvəsləndirdi. Onların göndərdikləri iki dəstə Xorasana soxuldu.Lakin Məşhədin qızılbaş hakimi Sufiyan xəlifə Rumlu tərəfindən darmadağın edildi. Bunun ardınca Gərcistan hakimi Bayram oğlan Herat ərazisinə soxuldu. Müqavimət göstərmək üçün kifayət qədər qüvvələri olmayan Herat hakimləri şəhərin və ətraf ərazilərin sakinlərindənn icbari qaydada qoşun topladılar.Heratın 80 yaşlı hakimi Xəlifə sultan Şamlının başçılıq etdiyi bu qoşun İsfizar ərazisində, hicri 941-ci il zilqədənin 19-u (1535-ci ilin mayın 22-də) özbəklər tərəfindən darmadağın edildi.

Onun ölümü haqqında İskəndər bəy Türkman yazır: "Xəlifə sultan Şamlunun öldürülməsi. Gəskən Qara sultan ibn Canibəy sultanın tərəfindən Qərcistan hakimi olan Bayram-oğlan qarət üçün Herata gəldi.

Sam mirzə və Ağzıvar xan tərəfindən Heratda qoyulmuş Xəlifə sultan Şamlu səksən yaşlı ahıl bir kişi idi. O, şəhərin və şəhər ətrafının ("bölükat"ın) camaatından, habelə təfriqə düşmüş hərbçilərdən başına bir dəstə toplayıb, özbəklərin qarşısına çıxmağa tələsdi və on fərsəxə qədər yol gedib, Özbəklərə çatdı. Tərəflər arasında döyüş baş verdi. Herat qoşununun əksəriyyəti sərsəri və naşı adamlardan ibarət idi və sərdara çox da məhəl qoymurdular. Buna görə də bir iş görə bilməyib, məğlub oldular. Təhlükə vaxtı aradan çıxmaq mərdanəlik əlaməti sayılsa da, Xəlifə sultan bu mərəkədən salamatlıqla qurtula bilmədi və qətlə yetirildi."


Tarix: 14.01.2015 / 17:27 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎