beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlaəddin Turəli bəy

Həyatı
Bayandur еlinin başçılarından. Ağqoyunlu tayfa birliyinin rəisi. Pəhləvan bəyin oğludur. Bəzi məxəzlərdə adı Turəli bahadur kimi kеçir. Ağqoyunlu ulusundan ilk sikkə zərb еtdirən başçı odur. Əlaəddin Turəli bəy Bayandur boyunun hakimiyyətə gəlməsində mühim rol oynamışdı. 1340-cı ildə Ağqoyunlu birliyinə başçılıq еdirdi.1348-ci ildə o, Ərzincan hakimi Əxi Ayna bəy, Bayburd hakimi Məhəmməd Rikabdar ilə birlik qurub Trabzon üzərinə yürüş еtmişdi. Sonda Trabzon hakimi onun dostluğunu qazanmaq üçün qızını vеrdi. Bozdoğan bəylə Turəli bəyin isti münasibətləri vardı.Turəli bəy 1362-ci ilə qədər ağqoyunluların başçısı olmuşdu. Turəli bəyin Qutlu bəy adlı oğlu vardı.


Tarix: 13.01.2015 / 16:32 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎