beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun Həsənin şərq siyasəti

Uzun Həsən Ağqoyunlu dövlətinin qərb sərhədlərində böyük müvəffəqiyyət əldə edə bilmədi, lakin Şərq tərəfdə vəziyyəti yaxşılaşdırmağa nail oldu. O, İranda gedən feodal müharibəsindən məharətlə istifadə edərək, əvvəlcə Cahanşaha (1467), sonra isə Muğanda Teymuri Əbu Səidə (1469) qalib gəlmiş, nəticədə Xorasan, Gilan və Mazandarandan başqa bütün İranı öz hakimiyyəti altında saxlaya bilmişdi. Sultan Əbu Səidin ölümündən sonra Teymuri şahzadələri arasında taxt-tac uğrunda başlamış mübarizədə Uzun Həsən Şahruxun varisi olan Yadigar Məhəmmədi müdafiə edirdi. O zaman Teymurilərin əsas qüvvələri Xorasanda idi, buna görə də Uzun Həsən buraya zərbə endirə bilmədi və Xorasan vilayəti Teymurilərin əlində qaldı.Xorasanda Sultan Hüseyn Bayqara tərəfindən məğlub edilmiş Yadigar Məhəmməd Uzun Həsənə müraciət etdi və ondan kömək istədi. Bu xahiş müqabilində Uzun Həsən Xorasana böyük qüvvə göndərərək, onu yenidən Heratda taxta çıxardı. Lakin Ağqoyunlu qoşunu Xorasandan qayıdan kimi Sultan Hüseyn Bayqara hakimiyyəti yenidən ələ keçirdi və Yadigar Məhəmmədi edam etdirdi. Xorasan 36 il Sultan Hüseyn Bayqaranın hakimiyyəti altında qaldı. Beləliklə, Uzun Həsənin Yadigar Məhəmmədi taxta çıxarmaqla Xorasanı öz təsiri altına almaq cəhdi müvəffəqiyyətsizliyə uğradı.


Tarix: 13.01.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎