beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sara xatun diplomat kimi

Olduqca ağıllı və tədbirli qadın olan Sara xatun dövləti idarə işlərinin bütün sahələrində olduğuna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələrinin onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərdi. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparamış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə etmişdi. Uzun Həsən, xüsusilə xarici siyasətlə əlaqədər ən çətin məsələlərin həllini Sara xatuna etibar edirdi. Teymurlu hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilərə də Sara xatun başçılıq etmişdi. Türkiyə Ağqoyunlu dövlətinin müttəffiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyinin aradan qaldırmaq istədikdə Osmanlı sultanı II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara xatun göndərilmişdi. Sara xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi də təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar. Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar ki, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara xatunun adı çəkilir, ondan bəhs olunur.

Bir diplomat kimi Sara xatunun fəaliyyətində, onun sultan II Mehmedlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Uzun Həsən Sara xatunu sultan II Mehmedin hərbi düşərgəsinə göndərərkən, onun qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədlə nail olduğunda sonra Sara xatun sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi.

Bütun Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanın hərbi düşərgəsində yaxşı qarşılandı. Mənbələrin məlumatına görə diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmed bir-birinə "ana", "oğul" deyə müraciət edirmişlər. Sara xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi. II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı. İki ölkə arasında, ağqoyunluların Osmanlı məməsi və Osmanlı qoşunlarının Trabzona hücümu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh bağlandı. Bu sülhun o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdu. Məhz Sara xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Türkiyə ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bilmişdi. Lakin Sara xatun ona tapşırılmış ikinci vəzifəni yerinə yetirə bilmədi. Sultanı Trabzon yunan dövlətini Türkiyəyə qatmaq fikrindən döndərə bilmədi.

Tarixçi F.Y. Uspenski Trabzonun alınması ərəfəsində Ağqoyunlu dövləti ilə Türkiyə arasında belə sülh müqaviləsi bağlanıla biləcəyinə şübhə edir.

Onun bu fikri aşağıdakılara görə elmi cəhətdə dürüst deyil: əvvəla ona görə ki, yuxarıda göstərdiyimiz kimi, bəhs etdiyimiz dövrdə Ağqoyunlu dövləti Türkiyə ilə toqquşa biləcək dərəcədə güclü deyildi; digər tərəfdən Ağqoyunlu dövlətinə arxadan qaraqoyunlular və teymurilərin hücumu gözlənirdi. Buna görə də Uzun Həsən Osmanlı dövləti ilə sülh bağlamağa məcbur idi; bundan başqa II Mehmed qərbdə yarımçıq qoyub gəldiyi işğalçılıq planlarını yerini yetirmək üçün tələsirdi. O, Kiçik Asiyada vaxt itirmək istəmirdi. Daha sonra mənbələrdə Ağqoyunlu dövləti ilə Venesiya arasında haqqında bəhs etdiyimiz sülh müqaviləsini bağlamasına dair ətraflı və zəngin məlumat vardır. Ağqoyunlularla müharibə vəziyyətində olan bir ölkəyə hücum etdiyini söyləmək məntiqi cəhətdən də düzgün olmazdı.

Ağqoyunlu dövlətini təcrid etdikdən sonra II Mehmed Trabzon üzərinə yeridi. Lakin o, Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin deyildi. Odur ki, sultan Sara Xatun başda olmaqla ağqoyunlu elçilərini də özü ilə götürdü. Sara Xatun başda yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Lakin onun səyləri heç bir nəticə vermədi. Dənizdən osmanlı donaması tərəfindən mühasirə edilən Trabzon 30 günlük mühasirədən sonra, 1461-ci il oktyabrın 26-da türklər tərəfindən zəbt edildi. Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən Sara xatun öz gəlininin - Dəspinə xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Bundan istifadə edib, Trabzon taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra ağqoyunlu elçilərinin başında geri qayıtdı. Görünür, ağqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmed Sara xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə geri yola salmışdı. Uzun Həsənin elçiləri ilə birlikdə, Yassıçəməndə bağlamış müqaviləni yenilətmək üçün sultanın qərbdəki istilalarını həyata keçirdikdən öz araxasını təhlükəsizləşdirmək istəyirdi.

Teymurlu hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara xatun diplomat və dövlət xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.

Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara xatuna o qədər də əzəmətli görünmədiyindən Cahangir mirzə və Uzun Həsənə sifariş göndərir ki, "Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz". Sara Xatun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsində xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları darmadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.


Tarix: 13.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 169 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎