beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoçəli xan Yekani

Həyatı
Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.

1908-ci il noyabrın ikinci yarısında Hacı Pişnamaz başda olmaqla Salmas mücahidlərinin Maku qoşun hissələrinə qarşı müvəfəqiyyətli hücumlardan istifadə edən Nurulla xanın və Qoçəli xanın hissələri Bilvarda yerləşən makululara zərbə endirdilər, bununla da Xoya gedən yol açıldı. Elə bu vaxt bu Heydər Əmoğlu başda olmaqla Xoyda üsyan baş verdi, bu isə şəhərə hücumu asanlaşdırdı. Noyabrın 26-da mücahid dəstələri ilə vuruşmaların gedişində düşmən məğlub edildi, çox böyük itki ilə şəhərdən qaçdı. Bundan sonra ətraf kəndlər azad edilməyə başlandı.

1908-ci il noyabrın axırlarında Maku qoşunu Dilmana hücum etdi, onlar böyük itki ilə Xoya tərəf hərəkət etdilər, lakin Xoy artıq inqilabçıların əlində idi. Xoy mücahidləri makulalara yenidən zərbə endirdilər, Maku qoşunun qalan hissələri təşvişlə qaçdılar.


Tarix: 13.01.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎