beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alar oymağı

Tarixi
Alarlı оymağının qışlağı Ərdəbil əyalətində Muğanda Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı оlmayıb. Alarlı оymağı Beldaşı, Məcidli və Dizə kəndlərində sakindirlər. Alarlı оymağının qоlları Əbülhəsənbəyli, səmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir. Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb. Məhəmmədəli bəyin Məhəmmədqulu xan, Süleyman bəy adlı оğulları vardı. Məhəmmədqulu xan Alar kəndində anadan оlmuşdu. Məhəmmədqulu xanın Yadulla xan, Hüseyn ağa adlı оğulları vardı. Alarlı оymağının sоn başçısı Hüseyn ağa Vətəndust оlub.

Alar oymağının bir qolu Şimali Azərbaycanda, Muğanda məskunlaşıb.

Alar oymağı tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq etimologiyasına görə, kənd İrandan gəlib burada məskən salmış Alı xanın adı ilə bağlıdır. Allar kimi tanınan kənd sonralar Allar və nəhayət Alar şəklinə düşmüşdür. M.Həsənov bəzi qaynaqlarda bu toponimin şahsevən tayfalarından olan alarlıların adı ilə əlaqədar yarandığını qeyd edir. [1].

M.Alarlının "Alar dastanı" əsərində bu toponim baraədə geniş məlumata rast gəlirik. Alar sözü türkcədə al - "qırmızı" və ar /ər komponentlərindən ibarət olub "qırmızı rəngli (dərili) ərənlər" mənası verir. Bundan başqa, alar türk dillərində "hündür yer" mənasındadır."Kitabi-Dədə Qorqud" dastanlarında alar, alan sözləri də bu mənalarda işlənmişdir: (alan-hündür mənasında) Qazan gög alan çəmənə çadır dikdirdi; (alan-sabah, sübh tezdən) Alan sabah yerindən turan qızlar; "Alan" sözünün "alar" variantına da təsadüf edilir. (Alar-sabah, sübh tezdən mənasında) Alar sabah Dərsə xan yerindən uru turdı; Alar sabah sapa yerdə dikiləndə ağ ban evli; (R.Məhərrəmova. "Kitabi-Dədə Qorqud"un söz xəzinəsi, Bakı, səh.30). Müqayisə üçün deyək ki, Altay sözü mənbələrdə Alatau şəklində qeyd olunur ki, bu da "uca dağ" anlamındadır. Lakin toponimin etnooykonim olması fikri daha inandırıcıdır. Fikrimizi mənbələr də təsdiq edir: "Alar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrot tayfasının bir qolu olub, həmin əsrdə Talış (Lənkəran-Ş.M.) zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər.[2]. Q.Qeybullayev arxiv materiallarına [3] istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı.

XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi.[4]. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.Təsadüfi deyildir ki, kənd əhalisi Lerik ərazisindəki oratları< oyrot tayfasını özlərinə ən yaxın qohum sayırlar. Bu kəndin sakinlərinə "oratdı" deyilməsi də təsadüfi deyildir. Orat qədim oyrot tayfasının fonetik dəyişikliyə uğramış adıdır. Bəzi mənbələrdə bu tayfa oğuz tayfası kimi qeyd olunur. Oyrotların izlərinə Lerik, Cəlilabad (Yardımlıdan köçürülmüş Alar k.), Salyan ərazilərində də rast gəlinir. Alarların dil xüsusiyyətləri digər Yardımlı şivələrdən xeyli fərqlidir. Burada q səsi ilə başlayan və bitən sözlərdə ğ səsi səciyyəvilik təşkil edir.Məsələn, qonaq >ğonəğ, qazan > ğəzən və s. Bu əvəzlənmə dilimizin Şamaxı, Göyçay şivələrində, eləcə də tatar, türk, qırğız, çuvaş və digər dillərdə mövcuddur.[5]

Alar ərazisindəki Şahnişin toponiminin Səfəvi hökmdarı Şah İsmayılın adı ilə bağlı yarandığını güman edirik.Toponimi Şahnişan şəklində və Şahnişt- "Şah oturan yer" mənasında izah etmək mümkündür.


Tarix: 14.01.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎