beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömər bəy Nəfi

Həyatı
Ömər bəy Şahməhəmməd bəy oğlu Zülqədər 1572-ci ildə Ərzuruma bağlı Həsənqala bölgəsində doğulmuşdu. Bundan dolayı həmin dövrün bəzi qaynaqları Nəfidən Ərzənərrumi dəyə söz edərlər. Gerçək adı Ömər olan Nəfi, Osmanlı qaynaqlarında "Nefi Ömer bəy" adıyla anıldığı kimi möhrünə qazdırdığı bəytdə də Ömər adı görülməkdədir.

Ömər bəy Nəfi kiçik yaşlardan etibarən mükəmməl bir təhsil görmüşdü. İlk təhsilini Həsənqalada almış, sonra Ərzuruma gələrək mədrəsədə davam etdirmişdi. Burada fars ədəbiyatının ünlü əsərlərini oxumuş, ərəbcə və farsca öyrənmişdi. Nəfi Ərzurumda təhsil alarkən gənc yaşlarında şeir yazmağa başlamışdı. İlk təxəllüsü Zarri "zərərli"dır. 1585-ci ildə Ərzurum dəftərdarı olan Gelibolulu Müvərrix Əli, şeirlərini görmüş, bəyənmiş və bu gənc şairə Nefi "nəfi, yararlı" təxəllüsünü vermişdir.

Ömər bəy Nəfi Osmanlı sultanı I Əhməd zamanında İstanbula gəlmişdi. Dövlət xidmətinə girmiş və bir müddət fərqli məmurluqlarda çalışmışdı. Daha sonraları II Osman və IV Murad dönəmlərində ulduzu parladı və sarayla yaxın bir əlaqə qurdu.

XVII əsr və bütün türk ədəbiyatının ən böyük qəsidə şairlərindən biri olaraq tanınan Nəfi, bu yüzilın başında yaşamış, qəsidədə gerçək bir varlıq göstərmiş və istər öz zamanında, istərsə də, sonraki yüzillərdə qəsidə yazan bütün şairlərə təsir etmiş bir şairdir.

Həcvləri ilə də ünlü olan Nəfi yazdığı həcvlərlə dönəmin bir çox tanınmış adamlarının nifrətini və qəzəbini üstünə çəkdi. Yenə də uzun bir müddət IV Murad tərəfindən qorundu, himayə edildi. Daha sonralar Sultan Murad ondan bir də həcv yazmamasını rica etdi. Hər nə qədər Nəfi Sultan IV Murada bu barədə söz vərsə də, qələmini durdurmayıb Vəzir Bayram paşa haqqında bir həcv qələmə aldı. Bu həcvindən ötrü, 1635-ci ildə sarayın odunluğunda kəməndlə boğularaq öldürüldü. Sonra cəsədi İstanbul Boğazından dənizə atılmışdı.


Tarix: 14.01.2015 / 16:23 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎