beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Babur Həyatı

Babur 14 fevral 1483-cü ildə hal hazırda Özbəkistanda yerləşən Əndican şəhərində anadan olub. Bu müddətdə artıq Teymurilər dövləti özünün keçmiş qüdrətini itirmiş, yanlız Mərkəzi Asiyanın kiçik bir bölgəsində hakimiyyətini qoruya bilmişdi. Babur 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında olərkən Fərqanəyə hakim oldu. O, Fərqanə hakimi olduqdan sonra Səmərqənd hakimi olan əmisi Sultan Əhməd və Daşkənd hakimi olan dayısı Məhəmməd Fərqanəyə hücum etdilər. Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bildi.

Babur 1497-ci ildə Səmərqəndi ələ keçirdi. Buna baxmayaraq Şeybani xanla mübarizədə uğur qazanmayaraq məğlub oldu. 1501-ci ildə Səmərqəndi yenidən ələ keçirsə də, 1503-cü ildə özbəklər növbəti dəfə şəhəri tutdular. Şeybani xan Teymurilər soyundan gələn şəxslərin idarə etdiyi bölgələri bir-bir ələ keçirdi. Nəticədə Teymurilər önəmli şəhərləri olan Səmərqənd, Buxara və Heratdakı hakimiyyətini itirdilər. Bölgədə Teymurilər sülaləsindən yanlız Babur hakimiyyətini qoruya bilmişdi. Buna baxmayaraq Babur da Şeybani xanla mübarizədə uğur qazanmayaraq Pamir dağları istiqamətində geri çəkilmişdi. Ətrafına 20000 əsgər topladıqdan sonra Hindiquş dağlarını keçərək Kabilə daxil oldu və burada özünü şah elan etdi. Babur ilk dəfə 1508-ci ilin sentyabr ayında Hindistana yürüş etdi. Üç ay davam edən bu yürüş nəticəsində Babur xeyli qənimət əldə etdi və Hindistanla yaxından tanış olmaq fürsətini qazandı.

Şeybani xan 1510-cu ildə baş vermiş Mərv döyüşündə Şah İsmayıla məğlub oldu və öldürüldü. Babur yaranan fürsətdən istifadə edərək keçmiş torpaqlarını geri qaytarmaq üçün Səfəvilərlə yaxınlaşdı. Səfəvilərin də köməyi ilə 1512-1513-cü illərdə Buxara və Səmərqənd ələ keçirildi. Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.


Tarix: 13.01.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎