beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymurilərin məğlub edilməsi

Cahanşahın süqutundan sonra teymuri Əbu Səid öz müttəfiqi Həsənəlini müdafiə etmək pərdəsi altında Azərbaycan üzərinə hücuma keçməyə hazırlaşmışdı. Hətta Sara xatunun sülh şərtləri ilə onun hüzuruna göndərilməsi də Əbu Səidi bu addımı atmaqdan çəkindirmədi. Keçmiş müttəfiqi şirvanşahın köməyinə bel bağlayan Əbu Səid Şirvana doğru hərəkət edir. Lakin Şirvanşah Fərrux Yasar Ərdəbil hakimi Şeyx Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə blokadaya alınır. Orduda aclıq başlanır. Uzun Həsən Əbu Səidin danışıq təklifini qəbul etmir və gözlənilmədən düşmən qoşununa hücum çəkib, onu pərən-pərən salır. Bu döyüş tarixə Mahmudabad döyüşü kimi daxil olmuşdur. Əbu Səid qaçmağa cəhd göstərsə də, onu tutub edam edirlər. Həsənəli isə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin əlində ölür.


Tarix: 13.01.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎