Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfərəli bəy Vəlibəyov

Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (1856, Şuşa – 31 avqust 1902, Bakı) – görkəmli Maarif Xadimi, pedaqoq.

Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin görkəmli simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər gimnaziyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş, ömrünün 18 ilini Pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində o, onlarla istedadlı gənc yetişdirmişdir ki,elm, maarif, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində, habelə ictimai-siyasi işlərdə fəal çalışmış, Vətənə və xalqa namusla xidmət etmişlər. C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov və bir çox başqaları ibtidai təhsillərini Vəlibəyovdan almış, tələbkar və qayğıkeş müəllimlərini həmişə böyük məhəbbət hissi ilə yad etmislər.


Tarix: 13.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...