beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəray Vəlibəyov

Həyatı
Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M.V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib.

1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Gəray Vəlibəyov müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M.V. Frunze adına Moskva Hərbi Akademiyasına qayıdib. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.


Tarix: 13.01.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎